vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
19:49 | 5 avqust 2017 | Şənbə Məqaləyə 1795 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Aclıq, «peraşki» dövrü idi»

Ağasəlim Mircavadov: «İndiki şərait o vaxt olsaydı, «Kopenhagen»i keçərdik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bəziləri APOEL-in zəif olduğunu düşünür, amma mən bu fikirdə deyiləm. «Maribor»u da zəif saymıram. Çünki onların oyunlarını görmüşəm. «Maribor» çox güclü komandadı». Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən «Qarabağ» pley-off mərhələsində «Kopenhagen»lə üz-üzə gələcək. Danimarka təmsilçisi həm Ağdam klubu, həm də Ağasəlim Mircavadov üçün tanış rəqibdi. Məhz onun rəhbərliyi altında «Qarabağ» 1998/99 mövsümündə Kuboklar Kubokunda «Kopenhagen»lə qarşılaşıb. Həmin vaxt rəqib öz meydanında 6:0, Bakıda isə 4:0 hesablı qələbə qazanıb.

«Qarabağ»a uğur arzulayan Mircavadov hazırkı «Kopenhagen»in oyununu görmədiyini bildirib:   «Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyirsənsə, qarşına çıxan rəqibi üstələməlisən. Gəlib buraya qədər çıxıblar, son təkan qalıb. «Kopenhagen»in oyununu görməmişəm. Amma kimləri mübarizədən kənarlaşdırdıqlarından xəbərdaram. Danimarka klubları son vaxtlar həm Çempionlar Liqası, həm də Avropa Liqasının qrup mərhələsində çıxış edirlər, onlarda inkişaf hiss olunur. Danimarka futbol ölkəsidi. Fikrimcə, çox maraqlı oyun olacaq. Hər birimiz «Qarabağ»ın Çempionlar Liqasının qrup mərhələsində oynamasını istəyirik. Buna nail olmaq üçün pley-offdan da üzüağ çıxmaq lazımdı».

Mircavadov söhbət əsnasında illər əvvəlki matçları da yada salıb. O, «Kopenhagen»ə böyükhesablı məğlubiyyətləri həmin vaxt Azərbaycan futbolunda şəraitin olmaması ilə əlaqələndirib: «Vaxtilə mənim çalışdırdığım «Qarabağ» «Kopenhagen»lə qarşılaşmışdı. Hər iki oyunda onlara uduzmuşduq. Onda aclıq, «peraşki» dövrü idi, dəhşətə gəlirdin. Maşallah, indi hər şey var. Klub baza, stadion, yəni hər cür infrastruktura malikdi. Təkcə qalır oynamaq. «Qarabağ» da futbol oynamağı bacarır. İndiki şərait o vaxt olsaydı, «Kopenhagen»i keçərdik. Çünki həmin heyətdəki uşaqlar çox istəkli idilər. Sadəcə, şəraitsizlik işimizi daha da ağırlaşdırırdı. Azərbaycan SSRİ-nin tərkibindən çıxmışdı, çətin dövr idi. O vaxt «Kopenhagen» bizdən çox üstün idi. Yadımdadı, ev oyunlarını böyük stadionda keçirirlər. «Qarabağ» öz gücünü, problemlərini bilir. Hər oyuna hazır olmaq lazımdı».