vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
21:27 | 5 avqust 2017 | Şənbə Məqaləyə 1973 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya daha bir sanksiya zərbəsi

Bu dəfə Avropadan

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqı Şurası Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu, «Siemens» şirkətinə məxsus turbinlərin Rusiya tərəfindən Krıma ixracı ilə bağlıdır.

«Qara siyahı»da üç fiziki şəxs və üç kampaniya yer alıb. Sanksiya həm də Rusiyanın iki rəsmi şəxsinə şamil ediləcək. Onlardan biri energetika nazirinin müavini Andrey Çerezovdur.

Rəsmilər qaz turbinlərinin Krım yarımadasına daşınmasını reallaşdırıblar. Həmin avadanlıq isə «Siemens» şirkəti tərəfindən Rusiyaya yalnız adı çəkilən ölkə ərazisində istifadə edilməsi məqsədilə satılıb.

Rusiya Xarici İşlər Nazirliyindən yeni sanksiyalar düşünülməmiş addım kimi dəyərləndirilib və bunun cavabsız qalmayacağı bildirilib.