vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
15:19 | 7 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2057 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həbib Sasaniyan aclıq aksiyasına son qoydu

2016-cı ilin mayında həbs edilən güneyli fəala absurd ittiham irəli sürülüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbriz Mərkəzi Zindanında saxlanılan siyasi məhbus Həbib Sasaniyanın 50 gündən artıq aclıq aksiyasına son verdiyi bildirilir.

Türk fəalın həyat yoldaşı bir neçə həftə öncə Amerikanın Səsinə müsahibədə, onun bir ildən artıqdır məhkəmə hökmü olmadan nəzarətdə saxlanıldığını və buna etiraz olaraq aclıq aksiyası keçirdiyini söyləmişdi.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və AZOH kimi verb səhifələrin yaydığı məlumata görə, məhkəmə qurumu və həbsxana məsulları Həbib Sasaniyanın tələblərinin yerinə yetiriləcəyinə söz veriblər. Məhbus bu vədlərdən sonra aksiyaya son qoyub.

Həbib Sasaniyan məhkəmə vəziyyətinin müəyyənləşməsi və müvəqqəti azadlığı üçün istənilən zəmanət məbləğinin azaldılmasını tələb etmişdi.

Ötən bir neçə ay ərzində, xüsusilə aclıq aksiyası zamanı, dəfələrlə Həbib Sasaniyanın sağlıq vəziyyətinin ağırlaşdığı və xəstəxanaya köçürüldüyünə dair xəbərlər yayılmışdı.

Həbib Sasaniyan və 2016-cı ilin may ayında onunla bərabər nəzarət altına alınan İsmayıl Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunus Rəhimi və Babək Avənd casusluq ittihami ilə üzləşiblər.

2016-cı ilin iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində “separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yaymışdı.

Tutulanların beşi nəzarət altına alındıqdan bir müddət sonra müvəqqəti şəkildə sərbəst buraxıldılar. Lakin Həbib Sasaniyan mühakimə edilmədən uzun müddət həbsdə saxlanılıb.