vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
15:23 | 7 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2337 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrail Əl Cəzirənin yerli ofisini bağlamaq istəyir

Telekanal son aylar ərzində bir çox hökumətin hədəfinə çevrilib

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin rabitə naziri Əl Cəzirənin yerli ofisinin bağlamaq və jurnalistlərinin Akkreditasiyalarını ləğv etmək istədiyini bildirib. Rabitə naziri Ayoub Kara media şəbəkəsini «terroru» dəstəkləməqdə təqsirləndirib və həm ərəb həm də ingilis dilli kanallarının yayımını kəsəcəyini deyib.

Bir qədər əvvəl, İsrailin Baş naziri Binyamin Netanyahu qurumu nifrətə qızışdırmaqda etməkdə təqsirləndirmişdi.

Əl Cəzirə iddiaları rədd edib və azad media qurumu olduğunu deyir.

Qətər hökuməti tərəfindən maliyyələşən media şəbəkəsi son aylar ərzində bir çox Körfəz ölkələri tərəfindən hücuma məruz qalıb.

Səudiyyə Ərəbistanı və İordaniya hökumətləri Qətərə qarşı siyasi kampaniya çərçivəsində kanalın ölkələrindəki ofislərini bağlayıblar.

Əl Cəzirənin ərəb dilli kanalı ilk dəfə yayıma 1996-cı ildə başlayıb və hökumət və ldierlərin tənqidi ilə yaxın şərqdə media mühitinin kəskin şəkildə dəyişməsinə səbəb olub.