vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
18:54 | 8 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2566 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həbsxanada üsyan qalxdı

Rusiyada məhbus azərbaycanlılar tələblərini irəli sürdülər

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə Rusiyanın Xakasiya Respublikasında məhbəs həyatı yaşayan Azərbaycan vətəndaşları yenidən məhkəmə qarşısına çıxarılacaqlar. Onlar Tacikistan və Qırğızıstan vətəndaşları ilə birlikdə həbsxanada kütləvi qarışıqlıq və üsyan qaldırmaqda ittiham edilirlər.

Virtualaz.org Rusiya Federasiyası İstintaq Komitəsinin Xakasiya Respublikası üzrə İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ilin yayında 35 saylı islah-əmək düşərgəsində cəzalarını çəkən Azərbaycan, Tacikistan və Qırğızıstan vətəndaşları kütləvi qarışıqlıq törədiblər.

Rəsmi məlumata əsasən, onlar düşərgədəki rejimin yüngülləşdirilməsini tələb ediblər.

2016-cı ilin iyulunda 242 məhbus həbsxananın yataq hissəsində barrikadalar quraraq üsyan qaldırıblar. “Onlar həbsxananın qoyduğu rejim üzrə deyil, istədikləri vaxt namaz qılmaq, ibadət etmək, tanınma nişanları olmadan gəzmək, yuxarı düyməni bağlamamaq, arzuladıqları yerdə siqaret çəkmək kimi tələblər irəli sürüblər.

Üsyan vaxtı həbsxanaya 1 milyon 700 min rubl zərər vurulduğu bildirilir.

Ötən ilin iyul ayının 25-də fakt üzrə cinayət işi qaldırılıb. Üsyan təşkilatçılarından birinin istintaqla işbirliyinə gedərək, 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzası aldığı bildirilir. Onun hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilmir.