vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:48 | 8 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2278 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kreml erməniləri təxribata həvəsləndirir»

«Rəsmi Bakı Moskvanı xəbərdar etməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistan Rusiyaya güvənərək Tovuz və Qazax istiqamətdə mövqelərimizi vurur, insanlarımızı hədəf alır». Bu sözləri «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu «Facebook» hesabında Tovuzun Qaralar kəndində Ermənistanın işğalçı ordusunun açdığı atəş nəticəsində 13 yaşlı uşağın yaralanmasına münasibət bildirərkən yazıb. Siyasi şərhçi bildirib ki, ermənilərin cavabı mütləq elə həmin istiqamətlərdə verilməlidir:

«Əks halda İrəvan elə biləcək ki, Rusiya-Ermənistan hərbi qoşun birliklərindən və ya prosesə Rusiyanın qarışa biləcəyindən çəkinirik və olanlara seyrçi qalacağıq. Rusiya vaxtilə Dağlıq Qarabağ və ətraf rayonların işğalında Ermənistana dəstək verib və Moskva indi də erməniləri bütün sərhəd boyu təxribatlara həvəsləndirir. Türkiyə ilə hərbi ittifaqı yeni mərhələyə qaldırmaq, qardaş ölkənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün Ankara ilə danışıqlara başlamaq lazımdır deyərkən elə bugünü nəzərdə tuturdum. Hərbi ittifaqın qarşısında başqa hərbi ittifaq dayanmalıdır. Qətər kimi dövlət belə gələcəkdə başına gələ biləcəkləri nəzərə alaraq, ərazisində ABŞ-la yanaşı, Türkiyənin hərbi bazalarını da yerləşdirdi.

O ki, qaldı ötən gün Tovuzun Qaralar kəndində ermənilərin yaraladığı 13 yaşlı uşağa bu hadisənin cavabı Qarabağda deyil, məhz elə həmin istiqamətdə verilməlidir. Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliyi birgə açıqlama yayınlayaraq Ermənistanın Rusiyanı müharibəyə qatmaq prosesinin yaxşı nəticə verməyəcəyi haqqında indidən Moskvanı xəbərdar etməlidir».