vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
09:01 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 1092 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səfiyə Qarabağinin məhkəməsi başlayır

İran rejimi feminist fəalı rejimə qarşı təbliğatda günahlandırır

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Azərbaycanının Zəncan şəhərində fəaliyyət göstərən türk fəal və qadın haqları müdafiəçisi Səfiyə Qarabaği «rejimə qarşı təbliğat aparmaq», «ictimai rəyi çaşdırmaq» və «yalan məlumat yaymaq» ittihamları ilə günahlandırılır.

Feminist fəal məhkəmə dosyesi ilə bağlı son məlumatı öz «İnstagram» səhifəsində açıqlayıb.

Qarabaği keçən iyul ayının 17-də İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və ETTELAAT həbsxanasında sorğu-suala çəkildikdən sonra ertəsi gün sərbəst buraxılıb.

80 milyon tümənlik (təxminən 25 min dollar) zəmanət qarşılığında müvəqqəti azadlıqda olan fəalın məhkəmə prosesi davam edəcək.

Səfiyə Qarabaği qadın hüquqları, qadına qarşı zorakılıq, İran qanunlarında gender bərabərsizliyinə zəmin yaradan məqamlar, erkən yaşda evləndirilən qız uşaqları, habelə türk dil hüquqlarına dair yazılar yayımlayıb və toplumda maarifləndirmə fəaliyyətləri göstərməkdədir.