vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ŞOU BİZNES  
12:46 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 1979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərdar Ortac evlənir

Ebru Gündeş həmkarını dəstəkləyib

lent.az

Türkiyənin məşhur müğənnisi Sərdar Ortac evlənmək qərarına gəlib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, illərdir güvənə biləcəyi və onu xoşbəxt edə biləcək qız axtarışında olan müğənni Litvadan olan Çloe Louhnan ilə evlənmək qərarına gəlib.

Bu xəbəri sənətdə olmasının 20-ci ildönümünü qeyd edən Ebru Gündeş tamaşaçılar qarşısında söyləyib. Belə ki, Ebru Gündeşlə gecədə duet səsləndirən Sərdar Ortac bildirib ki, Ebru Gündeş ona dəstək olan ilk dostudur: «Ebru ilk əlimdən tutan, mənə dəstək olan insandır. Həbsxanada olanda, atam vəfat edəndə mənim yanımda oldu. Onu çox sevirəm, amma o da evlidir».
Ebru Gündeş isə öz növbəsində Sərdar Ortacın litvalı qızla evlənmək qərarına gəldiyini deyib.