vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
12:43 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 1489 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həftədə 250 min dollar qazanıram»

FTX akademiyasının məzunu kazino sahiblərinə meydan oxudu

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Sankt-Peterburq şəhərinin gənc sakini, RF Federal Təhlükəsizlik Xidmətinin (ФСБ) Akademiyasının məzunu, internetdə özünü «Aleks» adlandıran şəxs bildirib ki, dünya kazinolarının böyük əksəriyyətində quraşdırılmış «təkqol quldur» aparatlarının alqoritmini açıb və bu alqoritmdən istifadə edərək, həftədə azı 250 min dollar qazanır.

Virtualaz.org «Wired» nəşrinə istinadən xəbər verir ki, «Aleks» kazino rəhbərlərinə ultimatum verərək, öz tələblərinin yerinə yetirilməsini istəyib. Əks halda, açdığı alqoritmi internetdə yayacağı ilə hədələyir.

Özünün bildirdiyinə görə, alqoritmi hələ 10 il əvvəl «ifşa edib». O zaman «Aleks» kazinolardan birində işləyirmiş. Həmin vaxtdan bəri peterburqlu gənc bir neçə köməkçisinin əli ilə dünya üzrə kazinoları müflisləşdirməklə məşğuldur. Köməkçilərin alqoritmdən xəbəri yoxdur. Onlar sadəcə olaraq kazinoda oturur, «beyin mərkəzi» isə baş verənləri mobil telefonun kamerasından izləyir. Lazım olan anda «Aleks»dən «təkqol quldur» aparatının qolunu çəkmək əmri alınır. Qazancın 90%-i fenomenal bacarığa sahib rusiyalıya nəsib olur.

Hakerlə artıq maraqlanıblar. Onu ABŞ-da görüşə dəvət edərək, şərtlərini dinləmək istəyiblər. Lakin qeyri-qanuni heç bir iş görmədiyini bildirən, buna baxmayaraq, ABŞ hökuməti tərəfindən həbs edilə biləcəyindən qorxan «Aleks» okeanın o tayına getməkdən imtina edir.