vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
13:05 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 2026 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suriya Rusiya, ABŞ və İsrail arasında bölünür

Əmmanda keçirilən görüşdə əsas şərt İranın bölgədən çıxarılmasıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya, ABŞ və İsrail rəsmilərinin Suriya ilə bağlı məxfi danışıqları yayılıb. Lenta.ru xəbər verir ki, danışıqlarda əsas müzakirə mövzusu Suriyanın cənubunda gərginlik bitdikdən sonra zonalarının müəyyən edilməsi, İsrail və İordaniya ilə sərhədlərin yenidən yönləndirilməsi olub.

Məlumata görə, görüş İordaniyanın paytaxtı Əmmanda keçirilib. Danışıqlarda İsrail ilk olaraq zonalar üzrə sazişin əleyhinə çıxış edib İran əsgərinin Suriyadan çıxarılmasının zəruriliyi qeyd olunub.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev, ABŞ dövlət katibinin köməkçisinin müavini Maykl Ranti, İsrail tərəfindən isə danışıqlarda Xarici İşlər Nazirliyinin əməkdaşı Brett Makqerk iştirak edib.

Vurğulanıb ki, iyulun 7-də Hamburqda «Böyük iyirmilik» sammitində Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasındakı danışıqlarda Suriyanın Dəraa və Əl Küneytri rayonlarında atəşkəsə nail olunub.

Daha əvvəl isə Suriya Rusiya, Türkiyə və İran dördlüyü təhlükəsiz zona memorandumu imzalamışdı. Onlar Latakii, Hələb, Həma və İdlib əyalətində fəaliyyət göstərəcəklər. Homs əyalətinin şimalında isə Şərqi Qute, Suriyanın cənub əyalətlərində Dəraa və Əl Küneytridə silah tətbiq edilməsi qadağandır. Həmçinin humanitar yardımın aparılması barədə razılıq əldə olunub.