vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
14:00 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 1104 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Pxenyanın nüvə başlıqları var»

«Washington Post»: «Şimali Koreya dünyanın doqquzuncu tam nüvə qabiliyyətli ölkəsidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatları Şimali Koreyanın raketlərdə yerləşdirilə biləcək miniatür nüvə başlıqlarına malik olduğu haqda nəticə çıxarıb.

ABŞ-ın «Washington Post» qəzeti və «NBC News» tele kanalı kimi media vasitələrinin verdiyi məlumata əsasən, Müdafiə nazirliyinin kəşfiyyat agentliyi keçən ay Pxenyanın dünyanın doqquzuncu tam nüvə qabiliyyətli ölkəsi olmaq səylərini inkişaf etdirərək, nüvə başlıqlarına malik olduğuna dair nəticə çıxarıb.

«Washington Post» qəzeti müdafiə nazirliyinin çıxardığı nəticə ilə bağlı hesabatına istinadən «Şimali Koreyanın ballistik raketlər, o cümlədən, qitələrarası raketlər üçün nəzərdə tutulmuş nüvə başlıqlarına malik olduğu» haqda məlumat verib.

Şimali Koreya bu yaxınlarda keçən ay sınaqdan keçirdiyi qitələrarası ballistik raketin ABŞ ərazisinə çatmaq qabiliyyətinə malik olduğunu bildirib. Pxenyan indiyə qədər bu kimi iddia ilə çıxış etməyib.

«Washington Post» ABŞ-ın Pxenyanın hazırda 60 nüvə başlığına malik olduğuna dair qənaətə gəldiyi haqda məlumat verib. Bəzi ekspertlər bu rəqəmin bundan çox güman ki iki dəfə daha az olduğunu düşünür.

ABŞ Müdafiə nazirliyinin hesabatı ilə bağlı Amerika mediasında bu məlumatlar Birləşmiş Ştatlar və dünyanın digər qüdrətli dövlətlərinnin Şimali Koreyanın hərbi ambisiyalarının qarşısını almaq üçün yeni ölçülər götürdüyü bir vaxta təsadüf edir. Keçən həftə BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın illik ixracatdan 3 milyard dollarlıq gəlirlərini 1 milyarda qədər kəsmək səyləri çərçivəsində Pxenyana qarşı yekdilliklə yeni sanksiyalar qəbul edib.

ABŞ prezidenti Donald Tramp beynəlxalq ictimaiyyətin Şimali Koreyanın nüvə silahlarının inkişaf etdirilməsinin qarşısının alınması ilə bağlı mövqeyini razılıq hissi ilə qarşılayıb.