vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
14:25 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 148 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«6 aydır xəbər almırıq»

Dilqəm Əsgərovun oğlu: «Ümidimiz yalnız prezidentimiz İlham Əliyevədir»

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Altı aydır atamla əlaqə yarada bilmirik». Bu barədə Modern.az-a erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

K.Əsgərov atasının səhhətindən narahat olduğunu bildirib: «Hər dəfə atamdan məktub gələndə təsəlli tapırdıq. Əfsuslar olsun ki, altı aydır ondan səs-soraq yoxdur. Artıq 4 ildir ki, atam erməni girovluğundadır».

O, atasının azad olunacağı günü səbirsizliklə gözlədiyini deyib: «Avropa Məhkəməsinə ümid bağlamıram. Onların işə ədalətli baxacağına inanmıram. Nədənsə ATƏT və digər beynəlxalq təşkilatlar nəinki Qarabağa probleminə, eləcə də girovların azad olunması prosesində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Ümid ancaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevədir. Mən inanıram ki, onun həyata keçirəcəyi tədbirlər nəticəsində girovlarımız azadlığa qovuşacaq».

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində «məhkəmə» qurulub. «Məhkəmə»nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *