vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
17:45 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 1201 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp yenə «vurarıq» dedi

Pxenyan raketlərini ABŞ bazalarına tuşladı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya xəbərdarlıq edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ağ Ev rəhbəri bildirib ki, əgər rəsmi Pxenyan ölkəsinə qarşı təhdidləri davam etdirəcəksə, dünyada indiyədək görülməyən qorxunc, şiddətli cavab zərbəsilə qarşılaşacaq.

D. Trampın bu açıqlamasına ilk reaksiya elə ABŞ-ın özündən gəlib. Respublikaçılar partiyasından olan senator Con Makkeyn bildirib ki, prezidentin təhdid dolu bəyanatı Vaşinqtonla Pxenyan arasındakı münaqişəni daha da alovlandırmağa hesablanıb.

Bu artada Şimali Koreyanın ABŞ-ın Sakit okeandakı Quam adasında yerləşən hərbi obyektlərinə «Hvanson-12» uzaqmənzilli raketləri vasitəsilə preventiv zərbələr endirməyə hazırlaşdığı məlum olub. Hədəflər arasında «B-52» bombardmançılarının olduğu «Andersen» aviabazası da var.

Rəsmi Pxenyanın sözçüsü bildirib ki, bu məqsədlə ölkənin hərbi aviasiyası döyüş hazırlığı vəziyyətinə gətirilib.