vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
17:50 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 3204 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təkrar Həccə əlavə 535 dollar vergi

Bu il Azərbaycandan gedəcək 900 zəvvarın 70 nəfəri azı bir dəfə ziyarətdə olub

MÖVZU İLƏ ƏLAQƏLİ

2014-2016-cı illərdə Həcc ziyarətində olanlar bu il təkrar eyni ziyarətə getmək istəyərsə, əlavə 535 dollar vergi ödəməlidirlər. Bu haqda Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib. İdarədən verilən xəbərə görə, bu, Səudiyyə Ərəbistanı hökumətinin tələbidir.

QMİ-dən onu da əlavə ediblər ki, təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayı hələlik 70 nəfərə yaxındır.

İdarədən verilən məlumata görə, bu il Azərbaycandan, əvvəllər elan olunduğu kimi, Həcc ziyarətinə 600 yox, 900-ə yaxın şəxsin gedəcəyi gözlənilir.

Bu il Həcc ziyarətindən ötrü 3850 dollar məbləğin müəyyən edildiyi bildirilir.

2017-ci ildə zilhiccə (həcc ayı) avqustun 23-dən başlanır, zəvvarların ilk dəstəsinin avqustun 24-də yola salınması gözlənilir.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı sentyabrın 1-i və 2-nə təsadüf edir.

2015-ci ildə baş verən iki devalvasiyadan sonra manatla Həcc ziyarətində kəskin bahalaşma var. Son illər Həccə gedənlərin sayında kəskin düşüş müşahidə edilir. Ötən il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. Bu il də Həccə cəmi 600 nəfərin gedəcəyi bildirilirdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.