vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9729 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2505 AZN
Türk lirəsi 1 TRY = 0.2879 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
23:39 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 920 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qiymət qalxdı, keyfiyyət düşdü

«Azpetrol»dan benzin alanlar narazılıq edirlər

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında «Aİ-92» markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılaraq, 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Rəsmi açıqlamada bildirilib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, «Aİ-92» markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Yanacağın bahalaşmasından sonra rəsmi məlumatda deyildiyi kimi, keyfiyyətin yaxşılaşacağını gözləyən sürücülər bunun əksi ilə qarşılaşıb. Xüsusilə «Azpetrol» Şirkətinin yanacaqdoldurma məntəqələrinin müştəriləri son 3-4 gün ərzində çənə doldurulan «Aİ-92» oktanlı yanacağın avtomobilin sürətini azaltdığını, maşının yaxşı çəkmədiyini, pis qoxu gəldiyini, «naqar» yığıldığını, katalizatorun tez bir zamanda dolduğunu iddia edirlər.

Narazılıq edənlər öz fikirlərini əsasən sosial şəbəkələrdə yazır, rəsmi qurumlara şikayət etməyin faydasız olduğunu bildirirlər.

Məsələ ilə bağlı «Azpetrol» Şirkətinin mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu Modern.az-a deyilənlərlə razılaşmadğını bildirib: «Bizə yanacağın keyfiyyəti ilə bağlı heç bir müştəri tərəfindən şikayət daxil olmayıb. Kiminsə şikayəti varsa, haradasa yazmaq əvəzinə şirkətə, məntəqələrə müraciət etsinlər. Eyni zamanda, müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulduğu xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanıla bilər. Ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir».

C.Zeynaloğlu bildirib ki, Şirkət satdığı yanacağın keyfiyyətinə tam təminat verir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *