vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AVROPA  
10:38 | 10 avqust 2017 | Cümə axşamı Məqaləyə 2652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makron şeytanın qıçını qıra bilmədi

Biricit də birinci ledi olmayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, Fransa prezidentinin xanımı Bricit Makron (Brigitte Macron) rəsmən ölkənin «Birinci ledisi» ola bilməyəcək. Bu barədə məlumatı hökumət rəsmiləri veriblər.

Məqalədə deyilir ki, belə bir qərarın qəbulu, özünün seçki kampaniyasında arvadı üçün rəsmi vəzifə yaradacağını vəd etmiş Emanuel Makronu (Emmanuel Macron) pərtlik edəcək.

«The Telegraph» yazır ki, ictimaiyyət millət vəkillərinə öz xanımlarını köməkçi kimi işə götürməyi qadağan edən hökumətin, prezidentin xanımı üçün vəzifə yaradılması planlarına mənfi yanaşıb.

İndi isə son iki həftədə internetə qoyulmuş petisiyaya 280 min adam imza atdıqdan sonra hökumət xanım Makron üçün maaşlı vəzifə postu yaratmaq planlarından geri çəkilib.

Fransa hökumətinin sözçüsü Kristof Kastaner (Christophe Castaner) «Twitter» postunda yazır ki, xanım Makronun rəsmi vəzifəsi olmayacaq.

«Bricit Makronun rolu və vəzifələri var. Biz onun ixtiyarında olan vəsaitlər barədə son dərəcə şəffaf olacağıq» - yazıb sözçü.

Sözçü vurğulayıb ki, xanım Makron üçün konstitusiyaya dəyişiklik edilməyəcək, ayrıca fond yaradılmayacaq, ona maaş verilməyəcək».

39 yaşlı prezident Macron özünün seçki kampaniyasında xanımı Bricit üçün birinci ledi postunun yaradılacağını vəd etmişdi.

Amma o vaxt da Makron demişdi: «Ona Respublikadan maaş ödənəcəkmi? - Yox! Onun rolu, real status və hərəkət imkanı olacaqmı? - Bəli».

Hökumət mənbələrindən «France Press» agentliyinə bildirilib ki, qarşıdan gələn günlərdə xanım Makronun roluna aydınlıq gətiriləcək, lakin birinci ledi postunun yaradılması məqsədilə konstitusiyaya düzəliş edilməyəcək.

Buna baxmayaraq, Fransa hökuməti Bricitte Makronun vergiödəyənə neçəyə başa gələcəyi barədə dəqiq məlumat verməyi planlaşdırır.

Hazırda Bricit Makronun sərəncamında üç köməkçi, iki katib və iki mühafizəçi var.

Keçmiş prezident Ollandın xanımı Valeriya Tayeveller (Valerie Trierweiler) vergiödəyənə təkcə 2013-cü ildə 400 min avroya başa gəlmişdi.

İndiyədək heç bir Fransa prezidentinin arvadı rəsmən «birinci ledi» adlandırılmayıb.