vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
10:40 | 10 avqust 2017 | Cümə axşamı Məqaləyə 2851 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hədəfdə Qazprom və onun «Şimal Axını-2» layihəsidir

ABŞ-ın Rusiya sanksiyaları Qazaxıstan neftinə təsir etməyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni sanksiyaları əsasən kəmər layihələrini hədəfləyir. «Financial Times» yazır ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Qazaxıstanda «Chevron», «ExxonMobil» və başqa iri neft şirkətlərinin iştirak etdiyi çoxmilyardlıq layihələrin işini təsirləndirməyəcək.

Prezident Donald Tramp tərəfindən imzalanmış sanksiyalar qanunu Qazaxıstanda narahatlıq yaratmışdı, beləki, bu sanksiyalar Rusiyanın neft kəmərlərini də hədəfləyir.

Qazaxıstan öz neftini Rusiyadan keçən Xəzər Kəməri Konsorsiumunun kəməri ilə Qara dəniz sahilinə nəql edir.

«Bizim neftimizi dənizlərə, xüsusilə də Novorossiyskə nəql edən kəmər sanksiyalara daxil edilməyib. «Chevron» kimi Amerika şirkətləri Xəzər Kəməri Konsorsiumunun üzvüdürlər və öz parlamentlərindən xahiş ediblər ki, belə tranzit kəmərlər sanksiyalardan istisna edilsin. Buna görə də neftimizin xarici bazarlara çıxarılması təsirlənməyəcək», - milli iqtisadiyyat naziri Timur Suleymenov deyib.

FT yazır ki, «Chevron» ötən il Qazaxıstanın Tengiz yataqlarına qoyulmuş 37 milyard dollarlıq investisiyaya başçılıq edib. Bu yataqlarda «Chevron» şirkətinin payı 50 faizdir. Bundan başqa Tengiz yatağında Qazaxıstan Dövlət Neft şirkətinin, «Exxon»un, Rusiyanın «Lukoil» şirkətinin də payı var.

İtaliyanın Eni, Fransanın Total, habelə «Exxon» və «Royal Dutch Shell» şirkətlərinin Qazaxıstanın Kaşağan yatağında da payları var. Tengiz və Kaşağan yataqlarından hasil olunan neft Xəzər Kəməri vasitəsilə Rusiya ərazisindən keçərək nəql olunur.

ABŞ-ın yeni sanksiyaları əsasən Qazprom və onun «Şimal Axını - 2» kəmər layihələrini hədəfləyir.

Bu layihə qismən də Avropa İttifaqının «Shell», «Engie», «Wintershall», «Uniper» və OMV şirkətləri tərəfindən maliyyələşdirilir.