vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
14:52 | 10 avqust 2017 | Cümə axşamı Məqaləyə 1160 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müharibə həyəcanı artır

ABŞ və Şimali Koreya orduları hazır vəziyyətdə!

MÖVZU İLƏ ƏLAQƏLİ

Pentaqon Şimali Koreyaya məxsus 20 hərbi obyektə preventiv zərbələr endirmək üzrə plan hazırlayıb. APA TV-nin NBC telekanalına istinadən məlumatına görə, Sakit okeandakı Quam adasında ABŞ-ın «Andersen» hərbi hava və «Apra-Harbor» hərbi-dəniz bazası yerləşir.

«B-1B Lancer» bombardmançı təyyarələri raketlər üçün start meydançaları daxil olmaqla Şimali Koreyanın 20-dək hərbi infrastruktur obyektini bombalaya bilər.

Pxenyan isə bir neçə günə həmin adadakı ABŞ hərbi bazalarına zərbələr endirmək üzrə planını başa çatdıracaq.

Hərbi plan dörd «Xvason-14» orta mənzilli ballistik raketin buraxılmasını nəzərdə tutur. Raketlər Yaponiyanın üç prefekturası üzərindən uçaraq Quam adasından 30-40 km aralıda okeana düşəcəklər. Planın həyata keçirilib-keçirilməməsinə dair qərarı ölkə lideri Kim Çen In verəcək.

Bu arada Rusiya tərəfləri gərginliyi azaltmağa və dialoqa çağırıb. Lakin rəsmi Pxenyan ABŞ administrasiyası ilə dialoqu mümkünsüz sayır: «Tramp kimi düşüncəsiz insanla sağlam dialoq mümkün deyil. Ona yalnız güc təsir edə bilər», - deyə, Şimali Koreya rəsmisi bildirib.

Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib: «Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər», - deyə, D.Tramp bəyan edib.