vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
14:57 | 10 avqust 2017 | Cümə axşamı Məqaləyə 2188 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kim Çen In və Şimali Koreya xalqı məhv olacaq»

ABŞ və müttəfiqlərinin hərbi gücü hazırda ən yüksək səviyyədədir

MÖVZU İLƏ ƏLAQƏLİ

Pentaqon Şimali Koreyanı nüvə proqramına son verməyə çağırıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri Ceyms Mattis əks təqdirdə bunun dəhşətli hadisələrə gətirib çıxaracağını bəyan edib.

Hərbi qurumun rəhbəri deyib ki, Pxenyanın nüvə sınaqları səbəbindən baş verə biləcək münaqişədə Şimali Koreya qalib gələ bilməyəcək: «Kim Çen In elə bir seçim etməlidir ki, bu, onun özünə xeyir etsin. O, ölkəsini dünyadan təcrid etməmək üçün nüvə proqramının inkişafını dayandırmalıdır. Belə etməsə bu, onun və xalqının sonu olacaq».

Mattis əlavə edib ki, ABŞ və müttəfiqlərinin hərbi gücü hazırda ən yüksək səviyyədədir. Bu qüvvələr yer üzündə ən etibarlı müdafiə və hücum imkanlarına malikdir.