vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
OLAY  
09:18 | 11 avqust 2017 | Cümə Məqaləyə 2625 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Turan»a cinayət işi açılıb

Vergilər Nazirliyi agentliyin 37 min manat borcu olduğunu deyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (VCİAD) «Turan» informasiya agentliyinə «gəlir ölçüsünün kiçildilməsi» ittihamı ilə cinayət işi açıb, agentlik bildirib.

Agentlik vergi orqanlarının gəlir ölçüsünün kiçildilməsi ilə bağlı iddialarını qətiyyətlə təkzib edib, məlumatda deyilir.

VCİAD-ın araşdırması Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 2014-cü ildən etibarən təxminən 27 min manat əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır.

Məlumata görə, 7 avqustda açılan cinayət işindən bir gün sonra agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.

Agentlik ...«adı çəkilən qurumların əməllərini qanunazidd və açıq-aşkar qərəzli» hesab etdiyindən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Agentlik məhkəmədən Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarını ləğv etməyi və VCİAD-in səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarının qanunsuz və etibarsız sayılmasını xahiş edib.

«Turan» İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən yaradılan ilk müstəqil agentliklərdən biridir.