vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ATLETİKA  
09:30 | 11 avqust 2017 | Cümə Məqaləyə 324 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu şok deyil, amma real kimi də görünmür»


200 metr məsafəyə qaçış üzrə qızıl medalın sahibi olan Ramil Quliyev: «Dünya çempionu olmağıma çox şadam»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə atleti Ramil Quliyev cümə axşamı Britaniyada keçirilən 2017 Dünya Atletika Çempionatının 200 metr məsafəyə qaçış yarışının finalını 20:09 saniyədə bitirərək dünya çempionu olub.

«Bu şok deyil, amma real kimi də görünmür», BBC Sports çempiondan sitat gətirib.

«Bu çempionatda ən yaxşı nəticəmi göstərdim. Hazırda ən yaxşı qaçışımı göstərdim. Dünya çempionu olmağıma çox şadam. Karyeramın ən yaxşı anıdır», deyə Quliyev bildirib.

Bundan əvvəl, 200 metr məsafəyə qaçış üzrə dünya çempionu titulu Hüseyn Boltda (Usain Bolt) olub. Bu il, o, yalnız 100 metr məsafə üzrə yarışda iştirak edib.

İkinci və üçüncü yerləri cənubi afrikalı Uayde Van Nikerk (Wayde van Niekerk) və trinidad və tobaqolu Cerim Riçards (Jereem Richards) 200 metr məsafnəi eyni vaxta - 20:11 saniyəyə - qət edərək qazanıblar.

27 yaşlı Ramil Quliyev çərşənbə günü yarışdığı seçmə mərhələsində 200 metr məsafəni 20:17 saniyəyə qaçaraq yarışdığı qrupda birinci yeri alıb.

Gəncliyində Azərbaycanı təmsil edən atlet, 2011-ci ildən ibarət Türkiyəni təmsil etməyə cəhd edib. Lakin Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının qaydalarına görə onun Türkiyə atleti olaraq yarışmasına icazə yalnız üç il müddətdən sonra, 2014-cü ildən etibarən verilib.

Qələbəsilə Ramil Quliyev Dünya Atletika Çempionatında Türkiyənin ilk qızıl medalını qazanıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *