vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
10:11 | 11 avqust 2017 | Cümə Məqaləyə 1874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampdan Putinə istehzalı minnətdarlıq

«Onun bu qədər adamı işindən kənarlaşdırması xərclərimizi azaltdı»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayının azaldılmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib. APA TV-nin məlumatına görə, D. Tramp bunu Vaşinqtonun xərcləri azaltmaq niyyətində olması ilə əlaqələndirib.

«Putinə minnətdarlığımı bildirmək istərdim, çünki biz heyətlə bağlı xərclərimizi azaltmağa çalışırıq. Onun bu qədər adamı işindən kənarlaşdırmasına şadam, çünki ştat sayı xeyli azaldı», - deyə D.Tramp bildirib.

Qeyd edək ki, rəsmi Moskva ABŞ-ın Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayını 455 nəfərədək azaldılmasına dair göstəriş verib. Bundan başqa, ABŞ səfirliyinə Moskvadakı bağ evindən və anbarlardan istifadəyə qadağa qoyulub.

V. Putin ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərinin 755 əməkdaşının ixtisar ediləcəyini bildirib. Bu addım Konqresin Rusiyaya qarşı sanksiyalar haqqında qanunu qəbul etməsinə cavab olaraq atılıb.