vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
10:07 | 11 avqust 2017 | Cümə Məqaləyə 1821 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tehranda boğazınızı kəsəcəyik»

İŞİD-dən İrana hücum hədəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşma yayımladığı yeni bir videoda İranın paytaxtı Tehranda yeni bir hücum törədəcəyini deyib və ayağa qalxmalarını istədiyi iranlı gənclərə cihad çağırışı edib.

İŞİD-in xəbər agentliyi olan «Amaq»ın loqosunu daşıyan videoda, üzlərində qara maska, əllərində isə Kalaşnikov silahı tutan üç nəfər görüntülənib.

Videoda, bundan başqa, iyun ayında Tehranda İD-in törətdiyini dediyi hücumlardan görüntülər də yer alıb.

Ləhcə ilə farsca danışan kişi deyib ki, «İraq və Suriyada itlərinizin boğazınızı kəsdiyimiz kimi Tehranın mərkəzində də kəsəcəyik».

Videonun digər qismində isə qara maska taxmış və ərəbcə danışan başqa kişi Şiələri hədəfləyən sözlər deyir və İraqda da hücumlar edəcəkləri ilə hədələyir.

İŞİD İranı regionda ən böyük düşmənlərindən biri kimi görür.

İŞİD 7 iyunda İran Parlamenti və Ayətullah Xomeyninin türbəsini hədəf alan hücumlar təşkil edib və bu hücumlarda azı 18 nəfər ölüb.

İran İnqilabı Mühafizəçiləri bu hücumlara cavab tədbirləri olaraq, 18 İyunda Suriyadakı İD bazalarına raket hücumları edib və hücumlarla əlaqəli onlarla adamın həbs olunduğunu bildirib.