vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
16:17 | 11 avqust 2017 | Cümə Məqaləyə 1709 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Oyun qaydaları dəyişib»

Tramp: «Şimali Koreyanın başına gələnlər indiyədək heç kimin görmədiyi bir hadisə olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya ilə bağlı mövqeyini sərtləşdirərək bəyan edib ki, əgər Pxenyan müharibəyə başlasa, «onların başına heç vaxt ağıllarına gətirmədiyi şeylər gələcək».

Son xəbərdarlığında Tramp deyib ki, ola bilsin onun əvvəl işlətdiyi «atəş və qəzəb» barədə bəyanatı «kifayət qədər sərt olmayıb».

Nyu Cersi ştatının Bedminster qəsəbəsində jurnalistlərin "daha sərt nə ola bilər" sualını cavablandıran Tramp deyib: «Siz görəcəksiz... Şimali Koreya özünü yığışdırmalıdır, yoxsa onlar indiyədək çox az millətin üzləşdiyi bəlaya düçar olacaqlar».

Prezident Tramp Şimali Koreyanın ABŞ ərazisi olan Quam sularına dörd ballistik raket atmaq planlarını yekunlaşdırmaq ərəfəsində olduğunu bəyan etməsindən bir neçə saat sonra danışıb.

Qeyri-adi şəkildə detallı açıqlamada Şimali Koreya hərbçiləri bəyan ediblər ki, bir həftənin içərisində onlar rejim lideri Kim Conq Una Huasonq-12 raketlərini 3,300 kilometr cənubda yerləşən Quama Yaponiya üzərindən atmaq planını təqdim edəcəklər.Nyu Cersi ştatının Bedminster qəsəbəsində jurnalistlərin "daha sərt nə ola bilər" sualını cavablandıran Tramp deyib: «Siz görəcəksiz... Şimali Koreya özünü yığışdırmalıdır, yoxsa onlar indiyədək çox az millətin üzləşdiyi bəlaya düçar olacaqlar».

Prezident Tramp Şimali Koreyanın ABŞ ərazisi olan Quam sularına dörd ballistik raket atmaq planlarını yekunlaşdırmaq ərəfəsində olduğunu bəyan etməsindən bir neçə saat sonra danışıb.

Qeyri-adi şəkildə detallı açıqlamada Şimali Koreya hərbçiləri bəyan ediblər ki, bir həftənin içərisində onlar rejim lideri Kim Conq Una Huasonq-12 raketlərini 3,300 kilometr cənubda yerləşən Quama Yaponiya üzərindən atmaq planını təqdim edəcəklər.

Şimali Koreya strateji raket qüvvələrinin komandanı General Kim Rak Gyom dövlət xəbər agentliyinə bildirib ki, plan Kimə verildikdən sonra, hərbi qüvvələr «onun əmrini gözləyəcəklər».

«Gəlin görək o, Quamda nə edir», deyə Tramp cavab verib. «O, Quamda bir şey etsə, bu, indiyədək heç kimin görmədiyi bir hadisə olacaq – Şimali Koreyanın başına gələnlər.»

«Bu, hədə deyil, bu bəyanatdır,» deyə ABŞ prezidenti adaya mümkün hücuma reaksiyanı səciyyələndirib.

«O, bizim ölkəmizə böyük hörmətsizlik edib», deyə Prezident Tramp Kim Conq Unun bəyanatlarını şərh edib. «O, çox pis sözlər deyib. Və mənə gəldikdə, belə şeylər keçməyəcək. Uzun müddət onun üçün belə keçib – o və onun ailəsi üçün. İndi keçməyəcək. Oyun qaydaları dəyişib».

Prezident Tramp aydın edib ki, əgər Pxenyan müharibəyə başlasa, Şimali Koreya indiyədək «dünyanın görmədiyi atəş və qəzəblə üzləşəcək». ABŞ Müdafiə Naziri Cim Mattis deyib ki, Pxenyan rejimin və xalqın məhvi ilə riskə gedir. Lakin Dövlət Katibi Reks Tillerson amerikalılara «son bir neçə günün ritorikasından narahat olmamağı və rahat yata biləcəklərini» deyib.