vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
OLAY  
15:45 | 20 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 3292 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər hücuma keçdi

10-a yaxın saytımız zərər görüb…

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan saytlarına erməni hakerlərinin hücumları başlayıb». Bu sözləri axar.az-a «İmage»nin saytlar üzrə koordinatoru Sədaqət Nəcəfzadə deyib.

O, əsas hücumların milli-mənəvi dəyərləri və dövlət dilini təbliğ edən saytlara yönəldiyini bildirib. Sədaqət Nəcəfzadə hazırda saytlarda bununla bağlı mühafizə işlərinin görüldüyünü deyib: «Hazırda saytların qorunması üçün «back-up» edilir. Bir saata yaxın müddətdə saytların bağlanılmasını planlaşdırırıq».
Qeyd edək ki, bir müddət öncə erməni hakerləri sözügedən saytlara hücum etmişdilər. Onlar Azərbaycan Dil Qurumunun «Adq.az» saytını dağıdaraq yerində erməni bayraqları yerləşdirmişdilər.
Hücum nəticəsində «Miras.az», «Archaeotourism.az», «Sehidyehyashirvani.az» və Azərbaycan turizminin təbliği ilə məşğul olan daha üç saytın bütün bazası məhv edilmişdi. Hazırda həmin saytlar artıq bərpa edilib.