vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:36 | 11 avqust 2017 | Cümə Məqaləyə 2997 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nail günahkar deyil...»

«Gelandewagen» qəzasında ölən piyadanın ailəsi Əli Həsənova minnətdarlıq edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 3-də Bakıda baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin «Mercedes Gelandewagen»l törətdiyi dəhşətli qəzanın qurbanlarından birinin-piyada Vaqif Əsədovun ailə üzvləri Əli Həsənovva minnətdarlıq edir. Virtualaz.org yerli KİV-lərə istinadən xəbər verir ki, bu minnətdarlıq hissləri Əli Həsənovun qəzada ölən Vaqif Əsədovun ailəsinə baş çəkməsindən sonra yaranıb. Hansı ki, bir neçə gün əvvəl 74 yaşlı Vaqif Əsədovun oğlu atasının və başqalarının ölümünə görə Nail Allahverdiyevin cəzasını almalı olduğunu demişdi.

Vaqif Əsədovun ailəsi Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin kəsişməsindəki binada yaşayır. Ailənin yaşadığı mənzil binanın 5-ci mərtəbəsindədir. Jurnalistlər ailəyə baş çəkiblər, onların kasıb yaşadıqlarına şahid olublar.

Qapını qadın açır, jurnalistlər özlərini təqdim edir. Dəhlizdə dayanmış ortaboylu, qaraşın, təxminən 35-40 yaşlarında bir kişi «qonaqsız, keçin içəri, amma biz müsahibə verməyəcəyik», – deyir. Onlar Vaqif Əsədovun qızı və böyük oğludur.

Mərhum Əsədovun bir neçə gün əvvəl ölkə.az saytına danışıb Nail Allahverdiyevi cəzalandırmağı tələb edən kiçik oğlu Ramiz Əsədov da danışmır, yorulduğunu deyir: «Jurnalist gəlmişdi, danışdım. Ondan sonra telefonum susmur, jurnalistlər müsahibə üçün zəng edirlər, siz də gəlmisiz. Heç bilmirəm ünvanımızı haradan alırsız. Yorulmuşam, bizim tələbimizə əməl olundu, danışmaq istəmirik».

Məlum olub ki, Ramiz Əsədovun müsahibəsindən sonra Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ailəyə baş çəkib.

«Gəlmisiniz, qonaq kimi bir stəkan çay içib gedin. Bizə lazım olanda jurnalist tapacağıq. İndi danışmaq istəmirik. Qardaşım da məndən icazəsiz danışıb. Hadisədir, olubdur də, indi mətbuat yazıq uşağın (Nail Abdullayev nəzərdə tutulur – red) üstünə düşüb, onu vurmaq istəyir. Şou yaradırlar», - böyük qardaş əsəbi şəkildə deyinir.

Bu zaman bacısı da ona dəstək verir: «Əli Həsənov gəldi, nə suallarımız vardı verdik, cavab da aldıq. 70 yaşı var. O boyda kişi əziyyət çəkib 5 mərtəbəni qalxdı, evimizə gəldi. Özünüz də gördüz necə çətindir bu pilləkənləri qalxmaq. Əli Həsənov «əlimlə nəvəmi aparıb polisə təslim etdim», – dedi. - Günahkar axı təkcə Nail deyil. Bunların İntellektual İdarəetmə Sistemi var, bu kameralar yolboyu onu görmürdü? Onu niyə yolda saxlamırdılar?»

Otaqda var-gəl edən böyük qardaş danışmasına imkan vermir, bacısına «əsəbləşirəm, çox danışma», - deyir. Bacısı isə onu sakitləşdirməyə çalışır, sonra yenidən söhbətə davam edir: «Hadisə ilə bağlı cinayət işi başlayıb. Günahkarlar cəzasını alacaq. Biz nə vaxt istəsək, onda da jurnalistləri özümüz tapacağıq...»