vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QALMAQAL  
17:42 | 11 avqust 2017 | Cümə Məqaləyə 4165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«1 milyon xərcləyib...»

AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

AXCP fəalı Paşa Umudov bu günlərdə qohumlarının dəvəti ilə Rusiyaya gedərkən aerportda öz liderinin-Əli Kərimlinin London reysini gözləyən ailə üzvləri ilə rastlaşıb və onların fotolarını çəkib.

Virtualaz.org xəbər verir ki, Paşa Umudov Əli Kərimlinin ailə üzvlərinin Londonda oliqarxlar kimi komfort içində yaşadığına əmin olandan sonra üsyan qaldırıb və AXCP sədrini şiddətlə qınayan məktub hazırlayaraq Avropa.info-ya təqdim edib.

Paşa Umudov yazır: «Uzun illərdir sədaqətlə AXCP ideyalarına xidmət etsəm də, son dövrlər təşkilat daxilində baş verənlər məni və ətrafımda olan bir çox cəbhəçiləri Əli Kərimlini oyunbaz və dələduz şəxs kimi tanımağa vadar etdi. AXCP-nin çətin durumda olduğu, 11 nəfər cəbhəçinin həbsdə yatdığı, onların ailəsinin min-bir əziyyət çəkdiyi,  partiya üzvlərinin uşaqlarının boğazından kəsib çətinliklə üzvlük haqqı verdiyi bir zamanda ətrafa diqqətlə baxanda gördüklərimiz bizi məyus edir. Rusiya ərazisində yaşayan qohumlarımın dəvəti ilə bir neçə gün öncə həmin ölkəyə gedərkən hava limanında Əli Kərimlinin Londona uçan ailə üzvləri ilə rastlaşmasaydım bu məktubu heç yazmazdım da. Yalan danışmadığımı fotoşəkillərdə özünüz də görə bilərsiniz».

AXCP üzvü yazır ki, hava limanında qarşılaşdığı mənzərə Əli Kərimlinin sadəcə bir partiya sədri deyil, Böyük Dələduz, Hoqqabaz və Sehrbaz olması, natiqlik, təşkilatçılıq qabiliyyətini AXC ideyaları, xalqın maraqları üçün deyil, özünün zənginləşməsi üçün istifadə etdiyi barədə onda əminlik yaratdı.


Paşa Umudov (sağdan birinci)

«Bəli, son vaxtlaradək AXCP-çilər ona inanır, müqəddəs bir insan kimi baxırdılar. Lakin 20 ildir təkrarlanan eyni ritorika («bu rejim getməlidir», «artıq biz hakimiyyətə gəlmək üzrəyik»), cəbhənin ən parlaq simaları olan Seymur Həzinin, Asif Yusiflinin, Fuad Qəhrəmanlının, Faiq Əmirlinin, Gözəl Bayramlının və digərlərinin həbsə atılması, Əli bəyin isə bayramdan-bayrama onların ailə üzvlərinə 300 manat yardım göndərməsi əslində hər şeyin bir məqsədə – Əli Kərimlinin və ailəsinin komfortlu yaşayışının təminatına yönəldiyini bizə göstərdi»-Paşa Umudov qəzəbli müraciətində yazır.

AXCP-çi bildirir ki, əslində Əli Kərimlinin mahiyyəti  həmin məhbuslara ayırdığı 300 manatlıq yardımdan və bayağı, düşük şəkil aksiyalarından o tərəfə keçən deyil. Paşa Umudov Əli Kərimlinin siyasi fəaliyyətinin hazırda bloqqerlikdən ibarət olduğunu da ifadə edib. Bildirib ki, AXCP özünün on minlərlə üzvü barədə danışsa da  partiya«küçələrə çıxıb bu rejimin devrilməsini, üzvlərinin azadlığa buraxılmasını» tələb etmək etmək əvəzinə çayxanalarda yığışıb «siyasi məhbusların» fotoları ilə şəkillər çəkdirməklə və sosial şəbəkələrdə paylaşmaqla məşğuldur.

«Görəsən Əli Kərimli tutulsaydı Gözəl Bayramlı, Seymur Həzi, Fuad Qəhrəmanlı, Faiq Əmirli və digərləri onu beləcə ucuzvarı yola verərdilərmi? Əli Kərimli həbs edilsəydi onun əqidə yoldaşları, onların ailə üzvləri Londonda və digər bahalı şəhərlərdə kef çəkərdilərmi? Heç inanmıram», - Paşa Umudov yazır.

AXCP üzvü Əli Kərimlinin bu cür yalan və ruyakarlıqlarının 20 ildir davam etdiyini bildirir. Qeyd edir ki, onun Azərbaycanda hakimiyyətə gəlmək ümidlərinin olmadığı gün kimi aydındır.


Paşa Umudov (ayaqüstə)

Paşa Umudovun məktubundan sitat: «Əli Kərimli  bizləri sadəcə avam yerinə qoyaraq AXCP brendi altında yaratdığı şirkətdə pulsuz istismar edir. Belə olmasaydı o, bir neçə il əvvəl kiçik oğlunu dünyaya gətirmək üçün həyat yoldaşını Londona göndərməzdi. Soruşa bilərsiniz ki, burada nə var? Məntiq isə sadədir. Azərbaycanın prezidenti olmağa hazırlaşan və ümidlərini bu ölkə ilə bağlayan şəxs İngiltərədə dünyaya gələn övladına avtomatik  həmin ölkənin vətəndaşlığını qazandırıb. Həmişə praqmatik düşünən Əli Kərimlinin bu şahmat gedişinin səbəblərini başa düşmək üçün vunderkind olmaq gərək deyil. Zatən bu şəxsin 20 ildir söylədiyi «hakimiyyətə gələcəyik» kimi nağıllarına heç özü belə inanmır (amma bizi inandırmağa bacarmışdı) və övladının gələcəyini sığortalamaq üçün onu… İngiltərə vətəndaşı edir!»

AXCP üzvü daha sonra Əli Kərimlinin övladlarının təhsili üçün çəkdiyi xərcləri hesablayıb təqdim edir. Bildirir ki, Əli Kərimlinin hər iki övladı 11 il Bakı Oksford məktəbində  (1 illik təhsil haqqı 11 min manatdır) oxuyublar. Beləliklə, hər iki uşağa təkcə Bakıda 242 min manat vəsait xərclənib.

Daha sonra Əli Kərimlinin uşaqları dünyanın ən bahalı təhsil sistemlərindən birinə malik olan Böyük Britaniyada oxuyublar və yaşayıblar.

Paşa Umudov hesablamalarını davam etdirərək yazır: «Londonda ortabab ali təhsilin bir ili 15 min funt sterlinqdən (hazırki kursla 33 min manat) aşağı deyil. Hər iki uşağın 5 illik təhsil xərci ən aşağısı150 min funt sterlinq (hazırki kursla 332 min manat) edir. London şəhərində ən ucuz mənzil kirayəsi 700 funt sterlinq (1 500 manat), 1 nəfər üçün minimum aylıq yaşayış xərci isə 650 funt sterlinqdir (1400 manat). Beləliklə, 5 il ərzində 2 nəfər üçün kirayə haqqı 42 000 funt (93 000 manat), 2 nəfərin minimum yaşayış xərci isə 78 000 funt sterlinq (172 min manat) edir. Hələ bura Bakı-London aviareyslərinə ayrılan vəsait, tətil, restoran, əyləncə və digər xərclər barədə rəqəmlər yazılmayıb. Adi hesablamalar göstərir ki, Dələduz Əli bəyin son 15 ildə görünən xərcləri 242 min manat + 270 min funt sterlinqdən (hazırki kursla 600 min manat) çoxdur ki, az deyil. Gözə görsənməyən xərcləri də nəzərə alsaq, həmin rəqəmləri (242 min manat + 270 min funt sterlinq) 2 bəlkə də 3 əmsalına vurmağımız  tamamilə ədalətli olardı».

Paşa Umudov bu rəqəmləri sadalayandan sonra Əli Kərimlinin ailə üzvlərinin Londonda məmur-oliqarxların ailə üzvlərindən geri qalmayan komfortlu həyat sürdüyünə əminliyini ifadə edir. Eyni zamanda Kərimlinin ailə üzvlərinin bu dəbdəbəli yaşayışı üçün pulların mənbəyinin qaranlıq olduğuna da işarə edir.

«Düzdür, bu məktubu oxuyan Əli Kərimli həmişə öyrəşdiyimiz kimi ya çıxıb öz sehrbaz bacarığını göstərəcək və camaatı avam yerinə qoyaraq, nağıl söyləməyə başlayacaq, ya da ümumiyyətlə heç nə olmamış kimi davranacaqdır.  Lakin indidən bir şeyi xatırladak ki, Əli bəy, sizin 2000-ci ildən etibarən söylədiyiniz «mənə dostlarım kömək edir, onların adlarını çəkə bilmərəm» kimi nağıllarınıza heç kəs inanmır», - Paşa Umudov yazır.

AXCP üzvü məktubunda bildirir ki, bu yaxınlarda Əli Kərimli mətbuata açıqlamasında sürücüsünün ona təmənnasız qulluq etdiyini demişdi və hamı bunu şit zarafat, «camaatla məzələnmək» kimi qarşılamışdı. Çünki Əli Kərimlinin sürücüsünə ayda 350 manat maaş verdiyini partiyada hamı bilir.

«Gördüyümüz bu reallıqları bir çox cəhbədaşlarımız dərk edir, lakin 20 ildir avtokrat kimi partiya sədrliyindən yapışmış Əli Kərimlinin bu fırıldaqlarına qarşı səsini çıxara bilmirlər. Səbəbi çox sadədir. Əli Kərimliyə qarşı çıxan bütün şəxslər partiyadan uzaqlaşdırılır, sosial şəbəkələrdə təhqir olunur, satqın damğası vurulur, şərə, böhtana məruz qalırlar. Əli bəy, taktikanızı dəyişin, maskalar yırtılmışdır, artıq hamı sizin simanızı tanıyır», - Paşa Umudov yazır.

Virtualaz.org qeyd edir ki, Paşa Umudovun Əli Kərimlini ifşa edən bu məktubu internetdə yayılan kimi sosial şəbəkələrdə ona qarşı şiddətli hücumlar başlayıb. AXCP sədrinin trolları ardı-arası kəsilmədən Umudovu təhqir edir, hədələyir. Lakin heç kim Paşa Umudovun təqdim etdiyi faktları inkar etmir, etmək istəmir.

Əslində Əli Kərimlinin ailə üzvlərinin Londonda oliqarxların ailə üzvlərindən geri qalmayan dəbdəbəli yaşayışı barədə  faktlar ilk dəfə deyil ki, açıqlanır. Bir müddət əvvəl virtualaz.org saytı Əli Kərimlinin oğlu, Londonda oxuyan tələbə Türkel Kərimlinin «Dumanlı albion»un ən bahalı barlarından birində içki məclisində dostları ilə əylənərkən çəkilmiş fotolarını yaymışdı. Həmin fotolar Əli Kərimli tərəfindən təkzib olunmadı, eyni zamanda AXCP sədri tələbə oğlunun Londonun gecə barlarında əyləncəyə sərf etdiyi pulları mənbəyi haqda danışmadı.