vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ATLETİKA  
18:40 | 11 avqust 2017 | Cümə Məqaləyə 2505 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğan da Ramil Quliyevi təbrik elədi

Dünya çempionu: «Azərbaycan bayrağını qaldırmaq arzum idi və mən bunu elədim»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan atlet Ramil Quliyevi Londonda keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib. Bu barədə avqustun 11-də Türkiyə prezidentinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Londonda atletika üzrə keçirilən Dünya çempionatında 200 metr məsafəyə qaçışda 20.09 saniyə nəticə ilə dünya çempionu olub.

Ramil Quliyev qələbədən sonra mətbuata müsahibəsində deyib ki, bir il imiş ki, bu yarışa hazırlaşırmış və qəlib olacağına inanırmış.

O qeyd edib ki, məqsədi qarşıdan gələn Tokio Olimpiya Oyunlarında da qızıl medal qazanmaqdır.

Qeyd edək ki, Ramil Quliyev qələbəni Türkiyə və Azərbaycan bayraqları ilə qeyd edib.

O, məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycan bayrağını qaldırmaq arzum idi və mən bunu elədim.

Ramil Quliyev 1990-cı il mayın 29-da Azərbaycan Bakıda doğulub.

2007-2011-ci illərdə Azərbaycanın, 2011-ci ildən bu yana isə Türkiyənin şərəfini qoruyur.