vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
18:50 | 11 avqust 2017 | Cümə Məqaləyə 2141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejimi «türk» sözündən qorxduğunu sübut etdi

İran parlamentindəki Türk Bölgələri Fraksiyası ləğv olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqdarın dediyinə görə, İran Parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası «türk sözünün yaratdığı həssaslıqlar» səbəbilə buraxılıb.

İran mətbuatında yayılan məlumata görə, Ş.Bimiqdar, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət fraksiyanın yaradılacağını bildirib.

Onun sözlərinə görə, artıq «Şimal-Qərb Əyalətləri Fraksiyası»nın təsisi istiqamətində fəaliyyətlər başlayıb, gələn bazar günü fraksiyanın idarə heyətinin üzvləri seçiləcək.

«Bilmirəm, «türkdillilər» sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar. Şimal-qərb əyalətlərinin millət vəklilləri isə hər zaman birlik tərəfdarı olduqları üçün fraksiya məsələsində ixtilaf yaratmaq istəmilər», - deyə Ş.Bimiqdar bəyan edib.

Təbriz, Azərşəhr və Üskünün millət vəkili əlavə edib ki, şimal-qərb əyalətlərinin bütün millət vəkilləri fraksiyaya üzvdür, idarə heyəti üzvlərin arasından seçiləcək.

İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin Oktyabr ayında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunub. Fraksiya yaradıldığı gündən hətta bir dəfə də olsa iclas keçirmədi, onun fəaliyyətinə gizli şəkildə mane oldular. Müxtəlif şovinist qüvvələr «Türk» adı daşıyan fraksiyanın yaradılmasına ilk gündən öz etirazlarını bildirib.