vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
SƏHİYYƏ, ORDU  
20:39 | 11 avqust 2017 | Cümə Məqaləyə 3290 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran Azərbaycanla yaxın bölgələrdə yeni xəstəxanalar tikir

Adil Qeybulla: «Səhiyyə Nazirliyi icbari sığortanın tətbiqini tezləşdirməsə, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

İran ölkəyə xaricdən, o cümlədən, Azərbaycandan müalicəyə gələnlərin sayını artırmaq istəyir. Bu ölkənin iqtisadi jurnalı «Financial Tribune» yazır ki, ölkə boyunca 22 yeni xəstəxana tikəcək. Xəstələrin Azərbaycan, Ermənistan, Türkmənistan, İraq, Əfqanıstandan gəlməsi gözlənilir.

HEGTA adlanan bu müalicə turizmi proqramının məqsədi İrana yarım milyona qədər tibbi turist cəlb etmək, 2025-ci ilə qədər bundan ildə 2,5 milyard dollar əldə etməkdir.

Bakıda, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, Azərbaycan hökuməti tədbirlər görməsə, İrana gedən azərbaycanlıların sayı həqiqətən də arta bilər: «İranın bu proqrama azərbaycanlıların yeni axınına stimul verə bilər. Xüsusilə də əgər orda qiymətlər Azərbaycandan aşağı olsa. Azərbaycan vətəndaşları milli səhiyyəyə güvənməlidirlər. Bunun isə qayğısına dövlət qalmalıdır. Dövlət axının qarşısını almaq üçün işlər görməlidir».

A.Qeybulla deyir ki, xəstələr bir neçə səbəbdən İranı seçir - Azərbaycandakı xidmətdən narazı olduqları, İranda müalicə xərcləri daha aşağı olduğu və ümumiyyətlə, başqalarının da müalicə məqsədilə qonşu ölkəyə getdiyi üçün: «Hökumətin İrana xəstə axınının qarşısını almaq üçün görməli olduğu işlərdən biri də icbari sığortanın tətbiq etməkdir. Hökumətin 10 ilə yaxındır ki, bunu planlayır. Amma hələlik, vətəndaşlar yalnız Yevlax və Mingəçevirdə bu xidmətdən yararlana bilirlər».