vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SAĞLAMLIQ  
21:26 | 11 avqust 2017 | Cümə Məqaləyə 2889 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vitaminlər hamiləlikdə uşaqsalma riskini azaldır

B3 hansı qidalarda mövcuddur?

MÖVZU İLƏ ƏLAQƏLİ

Avstraliyada aparılan bir araşdırmaya görə, hamiləlik zamanı qəbul edilən B3 vitamini uşaqsalma riskini və doğuş zamanı yaranacaq çətinlikləri ciddi şəkildə azaldır.

Yeni tapıntı dünya miqyasında ana olmağa hazırlaşan milyonlarla qadının sağlam bir körpə doğmasına köməklik edəcək.

Sidneyin «Victor Chang» İnstitutu tərəfindən aparılan və «New England Journal of Medicine» jurnalında dərc edilmiş araşdırmanın yeni inkişaf istiqaməti olduğu bildirilir.

12 il davam edən araşdırma hamiləlik zamanı B3 vitamin çatışmazlığının ana bətnindəki körpənin inkişafına mənfi təsir göstərdiyini müəyyən edib.

Professor Selli Danvudi (Sally Dunwoodie) bu araşdırma ilə ilk dəfə NAD (nikotinamid adenin dinukleotid) çatışmazlığının düşmə və qüsurlu doğuşlarla əlaqəsi olduğuna diqqəti yönəldib.

Hüceyrələr NAD koenzimini B3 vitaminin bir törəməsi olan nikotinamindən sintez edilir.

B3 vitamini hansı qidalarda mövcuddur?

Yumurta, pendir, balıq, hind toyuğu, sərt qabıqlı çərəzlər və sağlam bir pəhriz bədənin NAD-a olan ehtiyacını qarşılaya bilər.

Vücudda NAD çatışmazlığının qarşısını B3 vitaminin dəstəyi ilə də almaq olar.

Araşdırmanı aparan qrupun başçısı professor Bob Qraham (Bob Graham) bu tapıntının dünyada milyonlarla qadına kömək edəcəyini söyləyib.

Avstraliya səhiyyə naziri Qreq Hant (Greg Hunt) da ölkədə hər dörd qadından birinin uşaq saldığını bildir.

Dünya miqyasında hər il 7,9 milyon körpə bətndə orqan inkişafının tamamlanması ucbatından müxtəlif qüsurlarla doğulur.

Lakin bəzi mütəxəssislər siçanlar üzərində aparılan araşdırmanın insanlar üzərində aparılmasının lazım olduğunu deyirlər.

Onlar bunun nəticələri məlum olanadək aşırı ümidverici rəylərdən çəkinməyə səsləyirlər.