vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNEY  
09:48 | 12 avqust 2017 | Şənbə Məqaləyə 1995 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Fraksiya yerindədir»

Ruhulla Həzrətpur: «Fəaliyyətin davamı üçün heç bir qanuni qadağa yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentində Türk Bölgələri Fraksiyasının gələcək taleyi ilə bağlı ziddiyyətli açıqlamalar verilir. Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar «Türk» sözünə olan həssaslıqlara görə Türk Bölgələri Fraksiyasının ləğv edildiyini bəyan etdikdən bir gün sonra Urmiyənin millət vəkili Ruhulla Həzrətpur həmkarının iddiasını təkzib edən açıqlama verib.

O bir yerli mətbuat orqanına verdiyi müsahibədə bildirib ki, Türk Bölgələri Fraksiyası olduğu kimi yerindədir, onun ləğv edildiyini elan etmək qanunsuzdur.

R.Həzrətpur həmçinin əlavə edib ki, ««Türk» sözü heç də həssaslıq yaratmır. Türk Bölgələri Fraksiyası parlamentin İdarə Heyəti və səlahiyyətli orqanların rəsmi icazəsi ilə işə başlayıb, onun fəaliyyətinin davamı üçün heç bir qanuni qadağa yoxdur».

Təbriz, Azərşəhr və Üskünün millət vəkili Ş.Bimiqdar iki gün öncə bildirmişdir ki, İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyası «türk sözünün yaratdığı həssaslıqlar» səbəbilə buraxılıb, onun canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət fraksiya yaradılacaq.

Millət vəkili əlavə etmişdir ki, artıq «Şimal-Qərb Əyalətləri Fraksiyası»nın təsisi istiqamətində fəaliyyətlər başlayıb, gələn bazar günü fraksiyanın idarə heyətinin üzvləri seçiləcək.

«Bilmirəm, «türkdillilər» sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar. Şimal-qərb əyalətlərinin millət vəklilləri isə hər zaman birlik tərəfdarı olduqları üçün fraksiya məsələsində ixtilaf yaratmaq istəmirlər», - deyə Ş.Bimiqdar bildirmişdir.