vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
12:20 | 12 avqust 2017 | Şənbə Məqaləyə 2432 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

FİFA İranı cəzalandıra bilər

Məsud Şocayi və Ehsan Hacısəfi millidən uzaqlaşdırılsa, Tehran 2018-ci il Dünya Çempionatına buraxılmayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

FIFA İrandan milli futbol yığmasının tərkibindən iki futbolçunu çıxarmasının səbəbləri barədə izahat istəyib. İran milli yığmasının iki üzvü Yunanıstan klubunun tərkibində İsrail klubuna qarşı matçda iştirak etdiklərinə görə komandadan çıxarılıb.

«Reuters» xəbər verir ki, Məsud Şocayi və Ehsan Hacısəfi Avropa Liqasının seçmə turnirində «Panionios» klubunun tərkibində İsrailin «Maccabi» klubuna qarşı matçda iştirak ediblər.

İran Futbol Federasiyası onların bu matçda iştirakını qətiyyətlə pisləsə də, tanınmış futbolçular və azarkeşlər Məsud Şocayi və Ehsan Hacısəfiyə sosial mediada dəstək veriblər.

FIFA-nın nizamnaməsi onun milli üzvlərində futbola siyasi müdaxiləni qadağan edir və bu qaydanı pozan ölkənin milli komandası beynəlxalq yarışlardan çıxarıla bilər.

FIFA-nın sözçüsü «Reuters» agentliyinə deyib ki, hazırda bu insident öyrənilir və İran Futbol Federasiyasından izahat istənib.

Əgər İran Futbol Federasiyasına sanksiya qoyularsa, bu o deməkdir ki, milli yığma 2018-ci ilin Dünya Çempionatında iştirakdan məhrum edilə bilər.

Bu halda İranın futbol klublarına da beynəlxalq yarışlara qatılmaq qadağan olunacaq.

Yarıımmüdafiəçilər Şocayi və Hacısəfinin komandadan çıxarılması barədə məlumatı dövlət televiziyasında İran idman nazirinin müavini Məhəmməd Rza Davarzani elan edib.

O deyib ki, «Hacısəfi və Şocayi üçün bundan sonra İranın milli yığmasında yer yoxdur… Onlar İranın qoyduğu qırmızı xətti keçiblər».

İran İsrail dövlətini tanımır və öz idmançılarına bu ölkənin iştirak etdiyi yarışlara qatılmağı qadağan edir.