vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7003 AZN
Avro 1 EUR = 2.0080 AZN
Rusiya rublu 1 RUB = 0.0297 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2601 AZN
Türk lirəsi 1 TRY = 0.4672 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BANK, BİRJA, SIĞORTA  
13:18 | 12 avqust 2017 | Şənbə Məqaləyə 312 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bank sektorunun vəziyyəti gələn ildən yaxşılaşacaq»

Ekspert: «1990-cı illərdə vəziyyət bundan da pis olub, ancaq düzəldə bilmişik»

Ə.RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

Manatın ard-arda devalvasiyasından sonra çətin duruma düşən ölkənin bank sistemi hələ də özünə gələ bilmir. Dünyanın məşhur reytinq agentlikləri olan «Standard & Poor’s» (S&P), «Moody’s» və «Fitch»ə də nəzər salsaq görərik ki, Azərbaycan banklarının reytinqləri aşağı salınıb. Hazırkı məqamda bir sıra banklar reytinq agentliklərindən imtina edib, bir qrup banklar isə ümumiyyətlə reytinq agentlikləri ilə əməkdaşlıq etmirlər.

Bütün bunlarla bərabər banklar müştəri itirməyə də davam edirlər. Belə ki, Mərkəzi Bankın aylıq hesabatında qeyd olunur ki, Azərbaycanda bank sektorunun müştəri bazası aylıq müqayisədə 80 134 nəfər və ya 1,4 faiz azalaraq 2017-ci il iyulun 1-nə 5 612 810 nəfər təşkil edib. Bank müştərilərinin 1,4 faizini və ya 78 257 nəfərini hüquqi şəxslər, 5 534 553 nəfər və ya 98,6 faizini fiziki şəxslər təşkil edib. Bank müştərilərinin 210 533 nəfər və ya 3,8 faizi sahibkarlardır.

İyun ayı ərzində hüquqi şəxs olan bank müştərilərinin sayında 0,4 faiz artım, fiziki şəxslərin sayında 1,4 faiz azalma qeydə alınıb. Eyni zamanda sahibkarların sayında 2,4 faiz artım müşahidə olunub.

Lakin bəzi ekspertlər hesab edirlər ki, növbəti ildən vəziyyət bir qədər qaydasına düşəcək. Buna səbəb isə neftin qiymətinin 50 dollar ətrafında qalması, Azərbaycanın ixracının artması, idxalının isə azalması, manatın sabitləşməsi kimi faktorlardır ki, bu da növbəti illər üçün nikbin proqnozlar verməyə dəlalət edir.

Əkrəm HəsənovBank məsələləri üzrə ekspert Əkrəm Həsənov «Yeni Müsavat»a bildirib ki, vəziyyət düzələ bilməyəcək qədər pis deyil: «1990-cı illərdə vəziyyət bundan da pis olub, ancaq düzəldə bilmişik. Məsələ sadəcə olaraq neftin qiymətinə bağlı deyil. Neftin qiymətinin indiki haldan baha olması proqnozlaşdırılmır və bizi də bu qiymət qane etmir. Ona görə də ciddi islahatlar aparılmalıdır. Əgər bank sistemində belə bir islahatlar aparılsa, işləyə bilməyən banklar bağlanmalı, yaxud ən yaxşı halda digər banklara birləşdirilməlidir. Nəticədə isə problemli kreditlərin həqiqi qaytarılması prosesinə başlanılmalıdır. Faktiki olaraq problemli kreditlərin əksəriyyətini elə bank sahibləri, bankların inzibatçıları, Mərkəzi Bankın buna göz yumması əsnasında özləri yaradıblar. Bu problemlərin həlli başlayarsa, əlbəttə ki, bank sistemində vəziyyət düzələ bilər. Sadəcə olaraq bu gün hələ ki, heç bir əməli tədbir görülmür. Yalnız bəzi bağlanan banklar üzrə müəyyən addımlar atılır. Məsələn, Bank Standart-ı qeyd edə bilərik. Ümumilikdə isə deyə bilərik ki, heç bir işlər görülmür. Bunun da nəticəsidir ki, bankların vəziyyəti o həddə qədər pisləşir ki, onlar hətta beynəlxalq reytinq agentliklərinin də xidmətlərindən imtina edirlər. Hələlik bu prosesin müsbətə doğru dəyişəcəyini demək olmur. Daha bir vacib məsələ də budur ki, bank sistemi ölkə iqtisadiyyatından əlahiddə şəkildə qalıb, inkişaf edə bilməz. İqtisadiyyatın inkişafı üçün də müvafiq mühit hələ də formalaşdırılmayıb. Bəli, dövlət başçısının müvafiq göstərişləri, tapşırıqları var. Ancaq hələ ki, dövlət orqanlarının əksəriyyəti onlara əməl etmir».

Ekspert bildirib ki, biznes mühiti inkişaf etməsə bank sisteminin belə bir şəraitdə özünə gəlməsi çətin olacaq: «Bu gün əllərində pulu olan banklar da bilmirlər ki, kimə kredit verib, gəlir əldə etsinlər. Banklar da kredit vermirlərsə, onların hansısa inkişafından söhbət gedə bilməz. Ölkədə 31 bank var, onlardan ən azı 10-nun vəziyyəti pisdir ki, bu banklar bazardan getməlidirlər. Məsələn, «AtaBank»ın adını çəkə bilərəm ki, bu bank konkret olaraq heç öhdəliklərini belə yerinə yetirə bilmir. Əmanətini qaytarmır, xarici vətəndaşlara olan borclarını vermir. Hətta məhkəmə qərarı olduğu halda belə bunu icra etmir. Bu bankla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət etmişəm. Lakin heç bir cavab verilməyib.

Aydındır ki, cavab verməyə sözləri yoxdur. Ötən ili rəsmi göstəricilərinə görə, ən böyük zərərlə bitirən banklar var. Əlbəttə ki, bu bankların bağlanacağını söyləmək çətindir. Çünki ola bilər ki, son anda bankın sahibi öz cibindən vəsait ayırdı. Yaxud da bankı kiməsə satdılar, vəziyyət düzəldi. Belə hallar istisna deyil. Son illərdə bu cür yollarla bir neçə bankı vəziyyətdən çıxarıblar. Ən bariz misal kimi Beynəlxalq Bankı göstərə bilərik. Bu bank faktiki olaraq müflis idi və vəsaiti 1 milyard dollara çatmırdı. Ancaq dövlət ona 3 milyard bağışladı, vəziyyət düzəldi. Əlbəttə ki, sonsuza qədər bu cür davam edə bilməz».

Ə.Həsənov müştərilərin indiki məqamda nələrə diqqət etməli olduğunu da söyləyib: «Müştəri ilk olaraq bankın maliyyə hesabatlarını dərc edib-etməməsinə baxmalıdır. Maliyyə hesabatlarını dərc etmirsə, deməli o bankda vəziyyət pisdir. Bundan başqa maliyyə hesabatının tam dərc edilməsinə də diqqət etmək lazımdır. Eyni zamanda bankların internet saytlarına da fikir vermək lazımdır ki, orada vəziyyət tamdır, yoxsa yox. Bu məsələlər vacibdir. Vətəndaşlar üçün ən təhlükəsiz banklar dövlət banklarıdır. Söhbət «Azər-Türk Bank» və «Beynəlxalq Bank»dan gedir. Dövlət vətəndaşlar qarşısında bu bankın öhdəliklərinə cavabdehdir. Vətəndaşın orada pulu bata bilməz. Şirkətlərə gəldiksə isə qeyd edim ki, onlar da bankın öz adını qorumasına diqqət etməlidir.

Bu sarıdan «Paşa Bank» və «Kapital Bank» seçilir. Orada standartlar digərlərinə baxanda yüksəkdir. Həm də ona görə ki, onlar adi vətəndaşlara çox kredit verməyiblər».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *