vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:02 | 12 avqust 2017 | Şənbə Məqaləyə 2137 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hövsələli ol»

Çin lideri Trampa məsləhət

MÖVZU İLƏ ƏLAQƏLİ

Çin prezidenti Si Tsinpin ABŞ lideri Donald Trampı Şimali Koreya ilə bağlı problemin daha da gərginləşməsinə səbəb ola biləcək söz və hərəkətlərdən çəkindirməyə çalışıb.

Liderlər arasında telefon söhbəti avqustun 12-də olub. Ağ Ev həmin gün bəyanat da yayaraq Şimali Koreyanı «təxribatçı hərəkətləri dayandırmağa» çağırıb, eləcə də BMT-nin bu ölkəyə qarşı son sanksiyalarını «mühüm addım» adlandırıb.

Telefon söhbəti zamanı Tramp Çin liderini çağırıb ki, Şimali Koreyanın nüvə proqramını dayandırmaq üçün daha çox səy göstərsin.

Şimali Koreya öz ballistik raketləri ilə ABŞ-a zərbə endirə biləcəyini bildirib.

D.Tramp isə deyib ki, ABŞ-ın buna cavabı «qəzəbli» olacaq.