vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
15:47 | 12 avqust 2017 | Şənbə Məqaləyə 1744 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pekin kimi «satdı»?

Tramp və Si Tsinpin arasında «Pxenyan bazarlığı»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ və Çin lideri arasında telefon danışığı olub. APA TV-nin məlumatına görə, bu barədə Ağ Evdən mətbuata açıqlama verilib. Donald Tramp və Si Tsinpin BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda Şimali Koreyanın nüvə proqramı ilə bağlı qəbul etdiyi qətnaməni müzakirə ediblər.

Hər iki tərəf sənədin Koreya yarımadasında sülhün və təhlükəsizliyin təminatı baxımdan əhəmiyyətini qeyd edib.

Tramp və Tsinpin Pxenyanın nüvə sınaqlarına dərhal son qoymasının vacib olduğunu bildiriblər.

Xatırladaq ki, son günlər ABŞ və Şimali Koreya arasında münasibətlər ən gərgin səviyyəyə çatıb. Tramp və Pentaqon rəhbəri Ceyms Mattis Amerika ordusunun hazır olduğunu, Şimali Koreyanın nüvə proqramına son qoymayacağı təqdirdə hərbi müdaxilənin qaçılmazlığını bəyan ediblər. Öz növbəsində Pxenyan Sakit okeandakı Quam adasında yerləşən ABŞ hərbi bazalarına zərbələr endirəcəyini bəyan edib.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da Şimali Koreyanın nüvə proqramının əleyhinə çıxış edib. O, eyni zamanda adı çəkilən iki ölkə arasında müharibə riskinin yüksək olduğunu vurğulayıb. Rusiyanın Uzaq Şərqdəki qoşunlarına isə döyüşə hazırlıq əmri verilib.