vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7003 AZN
Avro 1 EUR = 2.0080 AZN
Rusiya rublu 1 RUB = 0.0297 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2601 AZN
Türk lirəsi 1 TRY = 0.4672 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNEY  
16:00 | 12 avqust 2017 | Şənbə Məqaləyə 263 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda yenə daşqınlar

Ən azı 12 nəfər həlak olub, onlarla insan itkin düşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 11-də İranın 5 əyalətində baş verən daşqında ən azı 12 nəfər həlak olub, onlarla insan itkin düşüb.

İranın Gülüstan, Gilan, Rəzəvi Xorasan, Şimali Xorasan və Simnan əyalətlərində güclü yağışlar nəticəsində baş verən təbii fəlakət nəticəsində su və elektrik xətləri sıradan çıxıb, bəzi evlərə və avtomobillərə ziyan dəyib, yollar bağlanıb.

İran Qızıl Aypara Cəmiyyətinin yaydığı xəbərə əsasən, daşqın nəticəsində təkcə 8 nəfər Dərgəz, Quçan, Kəlat və Neyşabur şəhərlərində öz həyatını itirib. Bildirilir ki, təbbi fəlakət baş verən bölgələrə cəlb edilən xilasedicilər ən azı 450 nəfərin həyatını qurtararaq onları təhlükəsiz məntəqələrə köçürüb. Qeyd olunur ki, xilasedicilər itkin düşən onlarla nəfəri tapmaq üçün axtarışları davam edir.

Bu arada İran Qızıl Aypara Cəmiyyətinin və İmdad Təçkilatının rəisi Murtuza Səlimi ölkənin beş əyalətində baş vermiş təbbi fəlakətlə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, 300 xilasedici daşqından ziyan çəkmiş 21 şəhər və kəndin əhalisinə ilkin yardım göstərməyə başlayıblar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *