vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 avqust 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 1.9963 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1926 AZN
Türk lirəsi 1 TRY = 0.4822 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
16:27 | 12 avqust 2017 | Şənbə Məqaləyə 193 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bimiqdarın açıqlaması həqiqəti əks etdirmir»

Nadir Qazipur Türk Bölgələri Fraksiyasının ləğv edilməsi ilə bağlı yayılan xəbərə reaksiya verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar İran parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyasının «türk sözünün yaratdığı həssaslıqlar»dan dolayı buraxıldığını elan etmişdi.

Məsələyə münasibət bildirən Urmiyənin millət vəkili Nadir Qazipur həmkarı tərəfindən yayılan xəbəri təkzib edib.

O bu barədə rəsmi Telegram səhifəsində məlumat yayıb: «Türk Bölgələri Fraksiyası ləğv edilməyib. Cənab Bimiqdarın fraksiyanın ləğv edildiyinə dair açıqlaması həqiqəti əks etdirmir. Fraksiya olduğu kimi fəaliyyətini davam etdirir», - deyə millət vəkili qeyd edib.

N.Qazipur o halda Türk Bölgələri Fraksiyasının fəaliyyətindən bəhs edir ki, fraksiya yaradıldığı gündən bəri bir dəfə də olsa iclas keçirməyib.

Bundan öncə Urmiyənin digər millət vəkili Ruhulla Həzrətpur da oxşar açıqlama ilə çıxış edərək fraksiyanın ləğvi ilə bağlı deyilənləri təkzib edib.

Təbriz, Azərşəhr və Üskünün millət vəkili Ş.Bimiqdar iki gün öncə bildirmişdir ki, İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyası «türk sözünün yaratdığı həssaslıqlar» səbəbilə buraxılıb, onun canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət fraksiya yaradılacaq.

Millət vəkili əlavə etmişdir ki, artıq «Şimal-Qərb Əyalətləri Fraksiyası»nın təsisi istiqamətində fəaliyyətlər başlayıb, gələn bazar günü fraksiyanın idarə heyətinin üzvləri seçiləcək.

«Bilmirəm, «türkdillilər» sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar. Şimal-qərb əyalətlərinin millət vəklilləri isə hər zaman birlik tərəfdarı olduqları üçün fraksiya məsələsində ixtilaf yaratmaq istəmirlər», - deyə Ş.Bimiqdar bildirmişdir.

İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin Oktyabr ayında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunmuşdur. Fraksiyaya yarandığı gündən bir dəfə də olsa iclas keçirə bilməyib, onun fəaliyyətinə gizli şəkildə maneçilik yaradılır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *