vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
16:48 | 12 avqust 2017 | Şənbə Məqaləyə 2402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Venesuela ilə bağlı seçimimiz çoxdur»

Donald Tramp: «Yeri gəlmişkən, mən hərbi variantı masadan götürmürəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuela rejiminin rəhbərini «diktator» olmaqda ittiham edən ABŞ Prezidenti Donald Tramp cümə günü həmin ölkəyə lazım gələrsə hərbi müdaxilə etməyi istisna etməyib.

Venesuelada cərəyan edən böhranı şərh edərkən hərbi müdaxilənin nəzərdən keçirilib-keçirilmədiyi haqda sualı cavablandıran Tramp belə bir imkanın təqib oluna biləcəyini deyib.

«Bizim Venesuela ilə bağlı çox seçimimiz var. Yeri gəlmişkən, mən hərbi variantı masadan götürmürəm», Tramp deyib. «Bizim Venesuela üçün çox seçimimiz var».

O əlavə edib: «Bu, bizim qonşumuzdur. Bizim dünyanın müxtəlif guşələrində, çox çox uzaqlarda qoşunlarımız var. Venesuela o qədər də uzaqda deyil, və orada adamlar əziyyət çəkir, onlar ölür. Bizim Venesuela üçün çox seçimimiz var, o cümlədən lazım gələrsə, mümkün hərbi seçim».

Tramp administraiyası Veneseula Prezidenti Nikolas Maduroya qarşı 30 iyul referendumunun ardınca sanksiyalar tətbiq edib. Həmin sanksiyalar müxalifətin dominant olduğu Milli Assambleyanın Maduroya sadiq 545 üzvlük Konstitutsiya Assambleyası ilə əvəzlənməsindən sonra tətbiq olunub.

Bundan bir gün öncə Venesuela lideri Nikolas Maduro ona sanksiyalar tətbiq etmiş şəxslə - ABŞ Prezidenti Donald Trampla üzbəüz görüşmək arzusunu dilə gətirib. Maduro bu sanksiyaları «imperialist təcavüz» kimi dəyərləndirib.

545 üzvlük konstitutsiya assambleyası qarşısında üç saatdan çox nitq söyləyən Maduro Venesuela xarici işlər nazirinə təlimat verildiyni bildirib. Təlimata əsasən nazir ABŞ hökumətinə yaxınlaşmalı və Donald Trampla telefon söhbəti təşkil etməyə cəhd göstərməlidir.

Maduro habelə 20 sentyabrda Nyu Yorkda BMT Baş Asssambleyasının toplantısı zamanı Trampla üzbəüz görüşmək imkanını araşdırmağa göstəriş verdiyini deyib. Həmin vaxt BMT Baş Qərargahında bir çox dünya liderləri bir araya gələcək.

«Əgər o, Venesuela ilə belə maraqlanırsa, mən buradayam. Cənab Donald Tramp, bu mənim əlimdir,» Venesuelanın sosialist lideri bəyan edib. O, əlavə edib ki, ABŞ-la Rusiya ilə olduğu kimi güclü əlaqələrin olmasını istəyir.