vaxtlı-vaxtında oxuyun! Cümə, 20 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0063 AZN
Rusiya rublu 1 RUB = 0.0296 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2469 AZN
Türk lirəsi 1 TRY = 0.4627 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ATLETİKA  
17:17 | 12 avqust 2017 | Şənbə Məqaləyə 285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vətənimdən heç vaxt incikliyim olmayıb»

Ramil Quliyev: «Türkiyədən əvvəl Rusiyadan təklif almışdım, amma...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Vətənim Azərbaycandan heç vaxt incikliyim olmayıb. Ümumiyyətlə, nəyə görə olmalıdır? Mənim xeyirimi istəməyən bəzi şəxslər vardı və yalnız bu səbəbdən ölkəni tərk etdim. Onlar mənə hazırlıq keçmək üçün şərait yaratmırdılar və Azərbaycanı beynəlxalq arenda layiqincə təmsil etməyimdə maraqlı deyildilər».

«Report»un məlumatına görə, bunu TASS-a müsahibəsində Türkiyəni təmsil edən və 200 metr qaçış üzrə dünya çempionu olan Ramil Quliyev Azərbaycanı tərk etməsinin səbəblərinə aydınlıq gətirərkən deyib.

27 yaşlı atlet bildirib ki, Türkiyədən əvvəl karyerasını Rusiyada davam etdirmək imkanı olub: «Azərbaycanlılarla türklər qardaş xalqlardır. Daha doğrusu, eyni xalqıq. Ona görə də Türkiyədə özümü rahat hiss edirəm. Dillərimiz oxşar olduğu üçün iki aydan sonra rahat türkcə danışa bilirdim. Türkiyədən əvvəl Rusiyadan təklif almışdım. Lakin proses yubandı. Türkiyə ilə bir neçə həftənin içində razılaşdıq. Rusiyada isə iki ay fikirləşdilər, amma təşəbbüs göstərmədilər».

R.Quliyev növbəti hədəfinin 200 metr məsafəni 19,70 saniyəyə qaçaraq, Avropa rekordunu müəyyənləşdirmək olduğunu söyləyib: «İdmançıların imkanları sərhədsizdir. 200 metr məsafəni 18 saniyəyə qaçmağın mümkünlüyünə inanıram. Lakin bunun üçün fərqli məşq yanaşması lazımdır. İnsalar buna tədricən nail olacaqlar».

Qeyd edək ki, R.Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və «Brilliant Liqa»nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. R.Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *