vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
23:08 | 12 avqust 2017 | Şənbə Məqaləyə 1573 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şimali Koreyada səfərbərlik

3.5 milyon insan orduya qoşulmaq üçün müraciət edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreyada 3.5 milyon işçi, partiya üzvü və əsgər könüllü olaraq, yenidən ordu sıralarına qoşulmaq üçün müraciət ediblər. Bu məlumatı şənbə günü Rodonq Sinmun adlı ölkənin rəsmi qəzeti yayıb. Onların bildirdiyinə görə, könüllülər BMT-nin sanksiyaları müqavimət göstərmək və Pxenyan ilə Vaşinqton arasında gərginliyin artması ilə əlaqədar ABŞ-a qarşı döyüşməyə hazır olduqlarını bildiriblər.

Bu həftənin əvvəli nüvə silahına malik olan Şimali Koreya ABŞ-ın Sakit Okeandakı ərazisi, Quamı hücumla hədələyib.

Çərşənbə axşamı Pxenyanda hökumətə dəstək nümayişi məqsədilə kütləvi yürüş keçirilib. Şimali Koreya daha öncələr də regionda gərginliyin artdığı zamanda böyük sayda insan səfərbər edib.

2015-ci ilin avqustunda iki Koreya arasındakı hərbsizləşdirilmiş ərazidə minanın partlayışı gərginliyin artmasına səbəb olmuşdu. O zaman bir milyon şimali koreyalı orduya qoşulmaq və ya yenidən qoşulmaq müraciəti ilə çıxış etmişdi.

2013-cü ildə Şimali Koreya ABŞ-ı Havay və Quam adalarındakı hərbi bazaları raketlə vuracağı ilə hədələmişdi. Həmin vaxt rəsmi Pxenyan xarici diplomatları ölkəni tərk etməli olduqları ilə xəbərdarlıq etmişdi.