vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
10:23 | 13 avqust 2017 | Bazar Məqaləyə 2363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Antarktidada buzlar əriməyə davam edir

Son 50 ildə orada temperatur təxminən 3 dərəcə artıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Antarktidanın istiləndiyinə dair heç bir şübhə yoxdur. Britaniyalı alimlərin dediinə görə, ərazidə yetişən yosun buzlu qitənin daha böyük hissəsini əhatə etməklə yanaşı, daha sürətli bir şəkildə böyüyür. Sahilyanı ərazilərdə yaşan insanlar üçün isə bu deməkdir ki, onların yaşadığı yerlərdə dəniz səviyyəsi əhəmiyyətli dərəcədə artacaq.

Qərbi Antarktida yavaş-yavaş əriyir.

»Antarktida yarımadasının 97 faizi hələ də buzla örtülüdür. Yəni buzun hamısı ərimir və sürərli bir şəkildə yox olmayacaq», deyə Britaniya Antarktida Araşdırma Qrupundan Piter Konvey bildirir.

Antarktidadakı 30 milyon kub kilometr buz tədricən əriyib okeana axır.

Konvey: »Cüzi bir buzun əriməsi okeana axan suya əhəmiyyətli təsir göstərir. Bunun da öz növbəsində dəniz səviyyəsinin artmasına böyük təsiri olur».

NASA təxmin edir ki, 2004-cü ildən bəri hər il Antarktidadan okeana 118 milyard ton buz axır. Bu, alimlərin proqnozlaşdırdığından daha sürətli bir ərimədir.

»İstilik və buzların əriməsi səbəbilə dünyada yaranan problemlərdən ən böyüyü odur ki, böyük bir insan əhalisi dəniz səviyyəsinə yaxın yerlərdə yaşayır. Bir çox böyük şəhər, böyük kənd təsərrüfatı əraziləri də dəniz səviyyəsindədir», Piter Konvey bildirir.

İnsanların səbəb olduğu iqlim dəyişikliyinin yaratdığı dəyişikliklər qitəni çox sürətli bir şəkildə daha yaşıl edir.

»Bildiyimiz kimi, ən böyük temperatur dəyişiklikləri Antarktidada baş verir. Son 50 ildə orada temperatur təxminən 3 dərəcə artıb», deyə alim Ancelika Kasanova bildirir.

Tədqiqatçılar deyir ki, əgər dəyişikliklər baş verməsə, önümüzədki 200 ildə dəniz səviyyəsi 3 metr artacaq.