vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
17:51 | 13 avqust 2017 | Bazar Məqaləyə 3259 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ölkədə iqtisadi durğunluq var»

Fərhad Həsənov: «Bank sektorunun çökməsi iqtisadiyyatın pis vəziyyətdə olmasına işarədir»

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi məlumata görə ölkədə bank sektorunun müştəri bazası aylıq müqayisədə 80 134 nəfər və ya 1,4 faiz azalaraq 2017-ci il iyulun 1-nə 5 612 810 nəfər təşkil edib. Bankların müştərilərinin 1,4 faizini və ya 78 257 nəfərini hüquqi şəxslər, 5 534 553 nəfər və ya 98,6 faizini fiziki şəxslər təşkil edib. Onların da 210 533 nəfər və ya 3,8 faizi sahibkarlardır.

Demokratiya üçün Avrointeqrasiyaya Dəstək İctimai Birliyinin sədr müavini, sahibkar Fərhad Həsənov banklara müraciət edənlərdən fiziki şəxslərin kəskin çox olmasından narahatçılığını ifadə edib. Sahibkar bu vəziyyətin perspektivə ümidin az olmasının göstəricisi kimi dəyərləndirir: «Əgər bank müştərilərinin təqribən 99 faizi fiziki şəxslərdirsə deməli bunlar istehlak kreditləridir. Yəni insanlar gündəlik tələbatlarını və ya ən yaxşı halda çox kiçik iş görmək üçün kredit götürülər. Bankların müştəriləri arasında hüquqi şəxslərin az olması Azərbaycanda biznes imkanlarının olduqca aşağı olduğunun göstəricisidir. Yoxsa bu 99-1 nisbətində olmazdı».

Fərhad HəsənovSahibkar F.Həsənov bu durumun bankların inkişafına da pis təsir edəcəyindən narahatlığını ifadə edir. «Banklar daha çox istehlak krediti verirsə, onların qaytarılmama riski daha çoxdur. Eyni zamanda istehlak kreditlərinin həcmi və müddəti az olduğundan burada bankların gəlirləri də aşağı olur. Lakin biznes üçün hüquqi şəxslərin müştəri olması daha çox gəlir imkanı yaradır».

Sahibkarın sözlərinə görə istehlak kreditinin çox olması həm də Azərbaycanda bank sektorunda olan neqativlərin daha çox işləməsinə yardım edir: «Banklarda verilən istehlak kreditləri zamanı sənədləşmə və kommersiya adı altında müştərilərdən əlavə pul alınır. Bu da əslində istehlakçıların hüquqlarının pozulmasıdır və eyni zamanda «korrupsiya»dır». Fərhad Həsənov QHT nümayəndəsi kimi bu durumdan narahatlığını ifadə etdi. O, bütövlükdə baş verənləri Azərbaycan iqtisadiyyatının ağır durumda olmasıyla əlaqələndirdi.