vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
20:20 | 13 avqust 2017 | Bazar Məqaləyə 2572 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnter»in cəza müddəti uzadıla bilər

İkili müqavilə yalnız bankirlərə ziyan vuracaq

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

«İnter»in Rauf Əliyev problemi öz başına bəla olacaq. Klub hücumçunun «Kukesi»yə keçidinə israrla mane olmaq istəsə də, real mənzərə bunun mümkün olmayacağından xəbər verir.

Futbolçu müqaviləsinin bitdiyini, «keşməKeşlə» kluba yiyələnən Zaur Axundov isə anlaşmanın 2018-ci ilin iyununadək mövcud olduğunu deyir. Təbii ki, kimsə yalan danışır, amma kim?

Albaniya klubunun rəsmiləri bəyan edir ki, həm AFFA, həm də «İnter» Raufun azad agent olması barədə onlara məlumat verib. Hücumçu da müqaviləsi bitdiyi üçün «Kukesi»nin düşərgəsinə yollanıb. O zaman bu qarışıqlıq, bu problem nədir? «İnter» nə isə qazanmaq üçün belə edir, yoxsa futbolçu qıtlığı ilə üzləşdiyi bir zamanda liderini buraxmamaq üçün əlimyandıdadı.

Rəsmi sənədlər bizdə deyil, klub da açıqlamır. Gizli saxlayırlarsa, mətbuata göstərmirlərsə, deməli, ciddi yanlışlıqları var. Əks halda, ortaya fakt qoya, Raufa həm də ictimai təzyiqə nail ola bilərlər. Əvəzində hay-küylə, mənasız açıqlamalarla gündəmi zəbt edir, iz azdırırlar. Daha çox da AFFA rəhbərliyi səviyyəsində məsələnin klubun xeyrinə həll olunması üçün rıçaqlardan istifadə edirlər. Azərbaycandı, Əliyevi üzünə millinin qapılarının bağlanması ilə hədələyə, başqa problemlər çıxara bilərlər. Zaur Axundov da AFFA-dan maliyyələşdirdiyi kluba həm də bu yolla dəstək gözləyir.

Reallıq odur ki, Raufun «İnter»lə müqaviləsi bitib. Bu barədə Əliyevlə maraqlanan 2 ölkə klubunun nümayəndəsi ilə söhbətdə əmin olduq. Sadəcə, ölkə daxilində onun keçidini həll etmək bürokratik əngəllər üzündən mümkün deyil. Raufun xaricə gedişi isə artıq beynəlxalq qanunlarla tənzimlənir və burada «İnter» tərəfi acizdi.

Bəli, Raufun «İnter»lə şəxsi müqaviləsi həqiqətən AFFA-ya təqdim olunan sənəddəkiylə müqayisədə daha bir il artıq müddətədi. Amma bu, şəxsi müqavilədi, AFFA müqaviləsi deyil. Bütün klublarımızda belə anlaşmalar var və daha çox vergidən yayınmağa xidmət edir. Məsələn, Əliyev «İnter»də aylıq 10 min manat maaş alırdı, şəxsi müqaviləsində bu, amma AFFA müqaviləsində 10-15 dəfə az məbləğ göstərilib. İndi bütün müqavilələr, futbolçularla bağlı məlumatlar internet qaynaqlarında (TMS) yerləşdirilir və beynəlxalq futbol təşkilatlarının tanıdığı bu mənbəyə görə də Raufla müqavilə bitib.

İndiki halda Rauf imzaladığı şəxsi müqaviləylə sıxışdırılır. Əvvəla, o, 3 aydır maaş almadığı üçün ondan rahatlıqla imtina edə bilər, ikincisi də həmin müqavilə hətta notariusda qeydə alınıbsa da, AFFA-da təsdiqlənməsi qanunsuz olacaq. Çünki əvvəlki müqavilə bitib, yenisi üçün isə onun yeni tarixə imzalanması lazımdı. Belədə komanda faktiki transfer reallaşdırmış olacaq – cəzalı kluba isə bu, yasaqdı.

«İnter» də problemin ciddiliyini qəbul edir. Klubun icraçı direktoru Rəmiş Malıyev uzun illər AFFA-nın hüquqşünası olub. Təcrübəlidi, haqsız olduqlarını bilir və elə bu səbəbdən Əliyevin adını komandanın iştirak ərizəsinə salmayıblar. Şəxsi müqavilə ya qanunsuz yolla PFL-də qeydiyyata alınmalıdı, ya da «İnter» bu sevdadan vaz keçməlidi.

Albaniya klubunun rəsmilərinin «İnter»i hədələməsi də təsadüfi deyil. Onlar AFFA-dan Raufun müqaviləsi olmaması barədə sənəd alıblar. İndi isə bakılılar «Kukesi»yə əngəl olur, transfer haqqı istəyir. Məsələ böyüsə, FIFA, UEFA səviyyəsinə qədər yüksəlsə, «İnter»in yenə başı ağrıyacaq. Araşdırma başlayacaq və yeni maxinasiyalara görə bəlkə də klubun qadağası daha 6 aylıq və ya 1 illik uzadılacaq. Ona görə də Zaur Axundov diktator kimi danışmaqdansa, qanunlara baxsın və klubu daha da çıxılmaz vəziyyətə salmasın. İkili müqavilə yalnız «İnter»ə ziyan vuracaq.