vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
22:03 | 13 avqust 2017 | Bazar Məqaləyə 2941 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məscidlərin hədələnməsi «transatlantik miqyas» alır

Britaniyada son dörd ildə müsəlmanların ibadət evlərinə 167 hücum olub

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» yazır ki, Britaniyada antiterror polisi Birləşmiş Krallıqda və Birləşmiş Ştatlarda məscidlərə və başqa siyasi hədəflərə nifrəti qızışdıran məktublar və şübhəli bağlamalar göndərməkdə şübhəli bilinən ifrat sağçı ekstermistin axtarışına başlayıb.

«The Independent» qəzetinin tanış olduğu məktublardan birində Londondakı Forest Geyt (Forest Gate) məscidi hədələnir. Məktubda deyilir ki, «çox tezliklə» və məsciddə «çox sayda müsəlman olanda» orada bomba partladılacaq.

Başqa bir məscidə göndərilən məktubda isə deyilir ki, «siz parazitlər tezliklə cavab verməli olacaqsınız».

Londonun Hakney (Hackney) rayonundakı məscidə göndərilmiş məktubda isə paytaxtın müsəlmanlardan «təmizlənməsinə» çağırış edilir.

«The Independent» yazır ki, bütün zərflərin üstündəki poçt indeksi məktubların Şeffild (Sheffield) bölgəsindən göndərildiyini göstərir. Məktubların bir-birinə oxşar xətlə yazıldığı da diqqəti çəkir.

Məktubların sonunda imza əvəzinə qoyulan işarə də eynidir.

İslamofobiya hallarını monitorinq edən Tell Mama xeyriyyə qrupu bu qənaətdədir ki, məktublar ötən il Birləşmiş Krallıqda və ABŞ-da bir neçə məscidi təhdid edən kampaniyanın davamına bənzəyir.

Cəmiyyət diqqəti buna çəkir ki, hədələnən məscidlər bir-birinin yaxınlığında yerləşir.

Məqalədə deyilir ki, ötən il hədələyici məktubların məscidlərə göndərildiyi eyni gündə parlamentin lordlar palatasının müsəlman üzvü lord Əhməd irqçi məzmunlu məktub və içində ağ toz olan bağlama alıb.

Eyni məzmunlu məktub İngiltərə bankına və Nyuham (Newham) şəhərində məktubların yoxlanışı məntəqəsinə də göndərilib.

Bələdiyyə polisinin kimyəvi laboratoriyası ağ tozun zərərsiz maddə olduğunu aşkara çıxarıb.

«The Independent» yazır ki, bu ilin fevralında nifrət kampaniyası ABŞ ərazisinə keçib. Virciniyadakı Dar əl-Hicrə İslam Mərkəzinə ölüm hədələri edən məktub və əllə çəkilmiş şəkil göndərilib. Şəkildə məscidi murdarlayan donuz təsvir olunub.

Bundan bir neçə həftə sonra Şeffilddən Cersi Sitidəki (Jersey City) Məscid əl-İmana göndərilən məktubda müsəlmanlar başlarının kəsiləcəyi ilə hədələnirlər.

Rəsmi məlumatlara görə son dörd ildə Britaniyada məscidlər üzərinə 167 hücum olub.

Hədələyici məktublara gəlincə isə polis onların bir nəfər və ya bir qrup tərəfindən yazıldığını ehtimal edir.