vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AVROPA  
22:12 | 13 avqust 2017 | Bazar Məqaləyə 1975 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniya Brexitə qarşı təşkilatlanır

Toni Bleyer Avropa Birliyi tərəfdarlarını yeni yaranan mərkəzçi siyasi partiyanı dəstəkləməyə çağırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın Avropa Birliyindən çıxışına qarşı olanlar yeni, anti-Brexit siyasi partiyası təsis etmək niyyətindədirlər. Brexit katibi Deyvid Deyvisin sabiq köməkçisi Ceyms Çapman Brtiyaniyanın 28 ölkənin blokundan ayrılmaq qərarının ən tanınan tənqidçilərindən birinə çevrilib.

O, yeni mərkəzçi siyasi partiya yaratmaq niyyətinin səbəbini həm iqtidarda olan mühafizəkarların, həm də müxalif leyboristlərin Avropa Birliyindən çıxmaq qərarı ilə razılaşması ilə izah edir.

Çapman cümə günü deyib ki, «hal-hazırda Britaniya siyasətinin mərkəzində böyük boşluq var və bu boşluq anti-Brexit qüvvələri tərəfindən doldurula bilər».

Sabiq baş nazir Toni Bleyer də bütün partiyaların Avropa Birliyi tərəfdarları üzvlərinən birləşməsinə çağırıb.

Britaniyanın Avropa Birliyinidən çıxması prosesi 2019-cu ilin martına qədər tamamlanacaq.