vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
11:25 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 3290 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Canlı bomba şübhəlisi polisi öldürdü

Hadisə İŞİD üzvü ehtimal edilən şəxsin polis idarəsinə gətirildiyi zaman baş verib

MÖVZU İLƏ ƏLAQƏLİ

İstanbulda bir canlı bomba şübhəlisi polisə gətirildiyi zaman, bıçaqla bir polisi yaraladıqdan sonra hadisə yerində öldürülüb. Sinan Acar adlı polis məmuru xəstəxanaya aparılsa da, vəfat edib.

Doğan İnformasiya Agentliyi (DİA) bıçağın, özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşmaya aid olduğu deyilən şübhəlinin üzərində tapıldığını iddia edib.

Anadolu Agentliyi (AA) canlı bomba olduğundan şübhələnilən şəxsin keçirilən bir İD əməliyyatı zamanı yaxalandığını bildirib.

Məlumata görə, hadisə şübhəlinin Vətən küçəsində yerləşən İstanbul Polis İdarəsinə gətirildiyi zaman baş verib.

DİA Bakı vaxtilə saat 23:45-də baş verən hadisədən sonra Fateh və Aksaray rayonlarında əməliyyatlar keçirildiyini bildirib.

Bombalı aksiya hazırlığı etdiyi deyilən şübhəlinin yaşı və ya kimliyi ilə bağlı bir açıqlama verilməyib.

Prokuror Polis İdarəsi qarşısında baş verən hadisə ilə bağlı istintaqa başlayıb.