vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
13:15 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 1950 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft həftəyə 52 dollarla başladı

Şimali Koreya gərginliyi qiymətlərə psixoloji təsir edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Birjaların bur həftə keçirilən ilk ticarət sessiyalarında «Brent» markalı neftin bir bareli 52 dollardan satılıb. APA TV-nin məlumatına görə, Qərbi Texas nefti hazırda 48,75 dollardan satılır. İlk üç ticarət sessiyası ərzində qiymətlərdə ciddi dəyişiklik olmayıb.

Ekspertlər bu həftə qiymətlərin iqtisadi deyil, siyasi amillərə əsasən formalaşacağını iddia edirlər. Onların fikrincə, Koreya yarımadasında gərginliyin artması, müharibə ehtimalının yüksəlməsi birjalara təsirsiz ötüşməyəcək. Hərbi əməliyyatların başlaması neftə olan tələbatı psixoloji baxımdan artıra bilər ki, bu da qiymətlərin bahalaşmasına təsir göstərəcək.

Bu gün neftin qiymətində əhəmiyyətli rol oynayacaq amil aparıcı informasiya agentliklərinin ekspertləri arasında keçirilən sorğu olacaq. «Reuters» və «Bloomberg» ekspertlərinin ortaq rəyi neftin həftəlik qiyməti ilə bağlı ümumi mənzərənin formalaşmasına təsir göstərir.