vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
14:01 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2510 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Serjin «xeyri»

Ermənistan əhalisi Sərkisyanın hakimiyyəti dövründə xeyli azalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan prezidenti Serj Sərkisyanın hakimiyyəti dövründə (2008-2017) ölkə əhalisi 250 min nəfərdən də çox azalıb. Bunu Ermənistanın Milli Statistika Komitəsi yayıb.

2008-ci il yanvarın 1-ə olan məlumata görə, Ermənistan əhalisinin sayı 3 milyon 230 min nəfər, iyulun 1-də isə 2 milyon 979 min nəfər olub.

Mənbə yazır ki, Sərkisyanın 9 illik hakimiyyəti dövründə ölkə əhalisi 250 min nəfər azalıbsa, bu o deməkdir ki, hər il təxminən 28 min nəfər azalma olub.

Hətta hakimiyyətin özü də bu yaxınlarda ölkədəki demoqrafik vəziyyət, doğuşun azalması, ölüm halları və emiqrasiyanın artmasından narahatlıq bildirib.

Prezident Serj Sərkisyan bu ilin mayında ölkə parlamentinə yazılı müraciətində vəziyyətin «çox narahatedici və qəbuledilməz» olduğunu bildirib.

Ermənistan Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2008-ci ildə ölkədən gedənlərin sayı, dönənlərdən xeyli çox olub.

2008-2016-cı illərdə bu fərq 345,9 min nəfər olub. Ötən il isə ən yüksək göstərici qeydə alınıb- 48,2 min nəfər, yəni ölkəni tərk edənlərin sayı dönənlərdən 48,2 min nəfər çox olub.

Xidmət bu ilin ilk yarısı üçün də rəsmi məlumat açıqlayıb.

Yenə də ölkəni tərk edənlərin sayı dönənlərdən 37,6 min nəfər artıq olub.

Mənbə yazır ki, ölkədə doğuş və ölüm halları sahəsində vəziyyət də ürəkaçan deyil.

Belə ki, 2008-ci ildə, bu günlə müqayisədə doğulanların sayı ölənlərdən daha çox olub.

Milli Statistika Komitəsinin məlumatına görə, əgər Serj Sərkisyanın hakimiyyətinin birinci ilində doğulanların sayı ölənlərdən 13,796 nəfər artıq idisə, 2016-cı ildə bu rəqəm təxminən 10 faiz azalaraq 12,509 nəfərə düşüb.

Hakim «Respublika» partiyasından olan deputat Samvel Fərmanyan bildirib ki, ölkədəki demoqrafik vəziyyət Qarabağ münaqişəsi və Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələlərindən daha böyük problemdir.

O deyir ki, biz hökumət yaradanda iqtisadi artım əsas meyar kimi götürülür, amma demoqrafik vəziyyət bu gün hakimiyyət üçün əsas prioritet olmalıdır, yəni əgər bu gün ermənilər öz vətənlərində yaşamırlarsa, onda iqtisadi artımın mənası yoxdur.

Demokrat Tuben Eqanyansa bildirib ki, hakimiyyətin çoxsaylı bəyanatlarına baxmayaraq ölkədə demoqrafik vəziyyət pisləşməkdə davam edir və bu neqativ inkişafın nə vaxt dayanacağı bəlli deyil.