vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
14:16 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2092 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Təhlükə qalır

Şimali Koreya müharibəsi qaçılmaz deyil, ancaq ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreyayla hərbi qarşıdurma qaçılmaz deyil, ancaq müharibə ehtimalı qalmaqdadır. Bu xəbərdarlıqla Birləşmiş Ştatların milli təhlükəsizlik rəsmiləri çıxış edib.

«Müharibəyə bir həftə öncəki kimi yaxın deyilik, ancaq 10 il öncəkindən daha yaxınıq», – prezident Donald Trump-ın milli təhlükəsizlik müşaviri, ordu general leytenantı H. R. Makmaster (H.R.McMaster) avqustun 13-də deyib.

 

«Bu gün qaçılmaz bir şey yoxdur»

 

Makmaster ABC televiziyasının «This Week» (Bu həftə) proqramına bildirib ki, Birləşmiş Ştatlar dövlət katibi Reks Tillersonun rəhbərliyi ilə «çox qətiyyətli» diplomatik işi davam etdirir. Bu iş Şimali Koreyaya yeni maliyyə sanksiyaları ilə paralel aparılır.

Pxenyan BMT sanksiyalarına meydan oxuyaraq qitələrarası ballistik raketləri (ICBM) sınaqdan keçirəndən sonra Trampla Şimali Koreya lideri Kim Çen In bir-birlərini hədələyiblər.

Tramp elan edib ki, ABŞ ordusu müharibəyə hazır vəziyyətdədir. O, Kim-ə xəbərdarlıq edib ki, ABŞ ərazilərinə və müttəfiqlərinə qarşı hər hansı addım atsa, «buna çox tezliklə peşman olacaq».

«Bu gün qaçılmaz bir şey yoxdur, ancaq Şimali Koreya bilməlidir ki, Birləşmiş Ştatların səbri tükənib».

Bunu isə avqustun 13-də «Fox News»un «Sunday» proqramına Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo (Mike Pompeo) deyib.

«Şimali Koreyadan almaq istədiyimiz reaksiya budur ki, Amerikanın daha strateji səbir etməyəcəyini, onlara silah proqramını hazırlamağa davam etməyə imkan verməyəcəyini anlasınlar. Bu qədər birbaşa deyirik», – Pompeo vurğulayıb.

 

«Müharibəsiz çıxmağa çalışırıq»

 

Bu arada ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford (Joseph Dunford) Asiyaya səfər edir, onun Cənubi Koreya, Yaponiya və Çin liderləriylə görüşəcəyi gözlənir.

Danford jurnalistlərə deyib ki, «regiondakı temperaturu duymaq» istəyir, həmçinin diplomatik və iqtisadi təzyiq kampaniyası alınmazsa, hərbi variantları müzakirə edəcək.

«Hamımız bu durumdan müharibəsiz çıxmağa çalışırıq», – Danford söyləyib.

Şimali Koreyada çıxan «Minju Joson» qəzeti isə bu səfər ərəfəsində baş məqaləsində yazıb ki, Pxenyan ordusu ABŞ-ın istədiyi istənilən müharibəni aparmağı bacarar.